Ağcabədi rayonunda faciənin qarşısı alınıb.Verilən məlumata görə, rayon sakinlərindən biri İcra Hakimiyyəti binasının yaxınlığında olan vışkaya çıxaraq intihara cəhd göstərib. Hazırda intihar edən şəxsin kim olması barədə bilgi əldə edilməsinə çalışırıq. Gələn xəbərlərə görə həmin şəxsin intihar etməsinə rayon camaatı mane olub. Məlumat verən şəxs, intihar edən vətəndaşın ünvanlı sosial yardım ala bilməməsi və icra hakimiyyəti başçısının bu ailənin yoxsulluq içində yaşamasına göz yumması səbəbindən baş verdiyini deyir. Bu səbəbdəndə həmin şəxs son çıxış yolunu intihar etməkdə görüb...
Qeyd edək ki, yaxın saatlarda hadisə ilə bağlı geniş məlumat verməyə çalışacağıq. sonolay.org