“Optimal» Mağazalar Şəbəkəsindən müdhiş fırıldaq-FOTOLAR

14-04-2016, 09:22   

Şirkət iki il əvvəl bağlanılmış kreditə görə, vətəndaşı məhkəməyə verib pul tələb edir

Azərbaycanda son bir neçə ildə şəxsiyyət vəsiqəsi və ya digər vasitələrlə müxtəlif məişət və ev əşyaları satan firmalar peyda olub. JAM.AZ bildirir ki, «Maqnit», «Kontakt» və «Optimal Elektroniks» MMC kimi şirkətlərin həyata keçirdiyi bu kredit əməliyyatlarında vətəndaşların talan edilməsi isbata gərək olmayan hallardandır.

Qeyd edək ki, bu mağazalar şəbəkəsinin müştərilərə təklif etdiyi məhsulların qiyməti bazar qiymətlərindən ən yaxşı halda 30 faiz baha olur. Kreditlə verildikdə isə qiymət fərqi iki dəfədən çoxa çıxır. Lakin bu firmalar sırasında «Optimal Elektroniks» MMC bir qədər də irəli gedərək, elə bir fırıldağa əl atıb ki, bunun analoqunu tapmaq belə çətindir.

JAM.AZ xəbər verir ki, Coşqun Əhmədov və Ramin Məhərrəmov 10.04.2012-ci il tarixində «Optimal Elektroniks» MMC-nin mağazalar şəbəkəsindən «Toşiba» adlı mal kreditlə alıblar. Ayda 206 manat ödəməklə iki il müddətinə götürülmüş kreditin ödənişində hər hansı bir sıxıntı olmayıb. Hər iki şəxs üzərlərinə düşən kredit öhdəliyini vaxtında yerinə yetirərək, 24 ay ərzində 4896 manat vəsaiti ödəyiblər.

Lakin «Optimal Elektroniks» MMC 2016-cı ildə hər iki şəxsi məhkəməyə verərək, onların kreditləri ödəmədiklərini iddia edib. Xətai rayon Məhkəməsinin hakimi Səadət Səlimova isə məsələnin əslini araşdırmayaraq, Coşqun Əhmədov və Ramin Məhərrəmovu günahkar çıxarıb. Onların guya, kredit aldıqları məhsulun 482 manat manatlıq hissəsini ödəməyiblər. Buna görə, çıxarılan qərarda hər iki şəxsin bərabər şəkildə 482 manatı, habelə 100 manat cərimə və 21 manat rüsumu ödəməsi tələb olunub.

Çox maraqlı məqamlardan isə biri də odur ki, adları çəkilən şəxslərə heç bir məhkəmə bildirişi gəlməyib. Elə onlarsız da məhkəmə prosesi keçirilib. Bu açıq şəkildə hüquq pozuntusu olmaqla yanaşı, həm də sifarişlə çıxarılmış qərar olaraq diqqəti çəkir.

Məsələ ilə bağlı JAM.AZ-a açıqlama verən Coşqun Əhmədov bildirir ki, məhkəməyə verilmələrindən proses yekunlaşdıqdan sonra xəbər tutublar. «Biz firmadan aldığımız malın pulunu vaxtında ödəmişik. Bir qara qəpik belə borcumuz qalmayıb. Ödədiyimiz pulların çekləri də əlimizdədir və onu sizə təqdim edirik. Həmin məbləğ tam ödənildiyi halda bizim məhkəməyə verilməyimiz hansı məqsəd daşıyır?»

Zərərçəkən vurğulayır ki, məhkəməyə verilmələri, habelə cərimə olunmaları ailə üzvlərinə pis təsir edib. Hətta Əhmədovun yaşlı anasının şəkəri də qalxaraq, təhlükəli həddə çatıb. Komə vəziyyətinə düşən müştərinin anasını həkimlər güclə həyata qaytarıblar. «Optimal Elektroniks» MMC-ni başımıza açdığı oyundan dolayı məhkəməyə verməyə hazırlaşırıq. Biz şirkətdən mənəvi təzminat tələb edəcəyik. Qoy, bizə atdıqları şər və böhtandan dolayı, habelə ailə üzvlərimə vurduğu zərərə görə təzminat ödəsinlər».

O bildirir ki, «Optimal Elektroniks» MMC-nin ödəniş müddətinin bitməsindən iki il sonra məhkəməyə müraciət etməsi kifayət qədər şübhəlidir. Ona görə ki, kredit müqaviləsində göstərilən məbləğin ödənilməsinə rəğmən, müştərilərini məhkəməyə vermək özü hüquq pozuntusu və şər atmaqdır. Güman ki, şirkət bununla daha çox pul qazanmağa çalışıb. Üstəlik, bu həm də fırıldaqçılıq və dəladuzluq əməlləri sırasına daxil olan hallardan sayılır. Belə başa düşülür ki, «Optimal Elektroniks» borcunu bağlamış müştərilərini belə total şəkildə cərimə etdirməklə iki devalivasiyada itirdiklərini vətəndaşlardan çıxarmaq istəyir.

JAM.AZ-ın əməkdaşları «Optimal Elektroniks» MMC-nin rəsmiləriylə də əlaqə saxlayıb. Şirkətin rəsmi nümayəndəsi kimi özünü təqdim edən Emin adlı şəxs bildirib ki, həqiqətən də belə hal olub. Lakin sonradan dəqiqləşdirilib ki, Coşqun Əhmədov və Ramin Məhərrəmov borclarını bağlımış müştəridirlər. Və ardından məhkəmə iddiasından imtina edərək, kəsilmiş cərimədən də vaz keçiblər.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar