“The Age” Azərbaycan səfiri Rövşən Cəmşidovun qəribə sifarişləri barədə məqalə dərc edib

17-04-2016, 22:57   
“The Age” Azərbaycan səfiri Rövşən Cəmşidovun qəribə sifarişləri barədə məqalə dərc edib

Azərbaycan diplomatları sifariş verdi: 2000 litr pivə, 1100 litr çaxır və 40 min siqaret
Avstraliyanın nüfuzlu qəzetlərindən olan “The Age” Azərbaycan səfiri Rövşən Cəmşidovun və səfirliyin mühasibi Araz Xasiyevin qəribə sifarişləri barədə məqalə dərc edib.

Virtualaz.org-un məlumatına görə, məqalədə bildirilir ki, səfirlik Avstraliya hökumətinə müraciət edərək böyük miqdarda alkoqollu içkinin və siqaretin rüsumsuz gətirilməsinə icazə verilməsini xahiş edib.

Xatırladaq ki, səfirin qanunsuz alkoqollu içki və siqaret biznesi ilə məşğul olduğu ilk dəfə 2015-ci ilin sentyabrında, səfirliyin əməkdaşı Anar Qasımovun Azərbaycana qayıtmaqdan imtina etməsindən və Kanberrdən siyasi sığınacaq istəməsindən sonra məlum olmuşdu.

Anar Qasımov bildirmişdi ki, səfirlikdə qanunsuz alkoqollu içki və siqaret biznesi ilə bağlı faktların üstünü açdığına görə onu təqib edirlər.

İndi isə Avstraliyanın məşhur qəzeti əldə etdiyi sənədlərə əsasən yazır ki, səfir və mühasib öz diplomatik statuslarından istifadə edərək hökumətdən 2000 litr pivə, 1100 litr çaxır, 520 litr spirt və 40000 siqaretin rüsum ödənilmədən ölkəyə gətirilməsinə icazə verilməsini xahiş ediblər.

Qəzet yazır ki, düzdür, diplomatlar yerli qanunlar çərçivəsində hərəkət ediblər. Belə ki, Avstraliya hökuməti diplomatik korpus üçün bu həcmdə alkoqollu içkinin və siqaretin rüsum ödənilmədən gətirilməsinə icazə verir. Amma eyni zamanda təəccübünü də gizlətmir ki, müsəlman ölkəsinin azsaylı diplomatik missiyasına bu qədər alkoqollu içki və siqaret nə üçün lazımdır?!

Jurnalistlər Azərbaycan səfirliyinə Avstraliyada yaşanan bir sıra diplomatik qalmaqallardan sonra diqqət yetirməyə başlayıblar. Məsələn, bir az əvvəl məlum olub ki, Səudiyyə Ərəbistanı səfirliyinin əməkdaşları yol hərəkəti qaydalarının pozulmasına görə cərimələri ödəməkdən uzun müddət imtina ediblər.

Azərbaycanlı diplomatların gətirdiyi bu məhsullara gəlincə, jurnalistlər istisna etmirlər ki, onlar sonradan “qara bazar”da peyda ola bilərdi...

Bununla belə, Araz Xasıyev yerli jurnalistlərə bildirib ki, səfirliyin adıçəkilən məhsulların gətirilməsi üçün icazə istəməsi hələ o demək deyil ki, onlar ölkəyə gətirilib.

“Sizə elə gəlir ki, mən o qədər içə və işləməyə davam edə bilərəm?!”, - deyə A.Xasıyev hətta zarafat da etmək istəyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar