Demokratik Qüvvələrin Milli Şurasının Kordinasiya Mərkəzinin iclası keçiriləcək.
anaxeber.info bildirir ki, bu barədə məlumatı aznews.az-a Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Güləliyev verib.
O deyib ki, Kordinasıya Mərkəzinin iclası aprelin 23-də keçiriləcək. İclasda qurumun fəaliyyəti ilə bağlı bir sıra mühüm qərarlar veriləcək. “İclasda sessiyasının keçiriləcəyi gün də müəyyənləşdiriləcək. Qərarlar daha sonra mətbuata açıqlanacaq”.