Ramiz Zeynalovun DYP-çilərinin “piyada keçidi maxinasiyası” - İFŞA OLUNDU (99 YP 438)

18-04-2016, 09:59   
Ramiz Zeynalovun DYP-çilərinin “piyada keçidi maxinasiyası” - İFŞA OLUNDU (99 YP 438)
Zaman-zaman 7News.az saytının redaksiyasına Dövlət Yol Polisi əməkdaşlarının özbaşınalıqları, qanunazidd əməlləri ilə bağlı video və fotofaktlarla müşaiyət olunan məlumatlar daxil olmaqdadır.
Əksər hallarda şikayət xarakterli bu kimi müraciətlərə redaksiya olaraq həssaslıqla yanaşır, göndərilən faktlar təsdiq olunduqdan sonra dərcinə göstəriş veririk.
Bir neçə gün öncə “XƏSTƏ APARAN SÜRÜCÜYƏ QARŞI YOL PLİSİ BELƏ ZOR TƏTBİQ ETDİ” başlığı ilə yazı dərc etdik. Yazıya eyni zamanda videofakt da əlavə olunmuşdur.
Budəfəki fakt isə sözün hər mənasında hər kəsi dəhşətə gətirəcək. Yol polislərinin pul qazanmaq üçün qurduqları “oyunlar” artıq bir çoxlarına məlumdur. “Ayıq sürücü maxinasiyası” ilə bağlı saytımızda yazı dərc edilmişdi.
Faktlarla müşaiyət olunan yazı bir daha sübut etdi ki, DYP əməkdaşları vətəndaşları dövlətdən narazı salmaq üçün “əllərindən” gələn və gəlməyən hər işə “qol qoyurlar”.
Növbəti fakt isə əhəmiyyətinə görə heç də əvvəlkilərdən geridə qalmır. Belə ki, redaksiyamıza daxil olan müraciətdə deyilir ki, 99 yp 438 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən DYP əməkdaşları Zərifə Əliyeva küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində, üzü piyada keçidi olmayan istiqamətdə “məskən salıblar” . Zərifə əliyeva küçəsindən Rəşid Behbudov küçəsinə dönən hər bir sürücü isə birbaşa olaraq 99 yp 438-in “qurbanına” çevrilir. Polis sürücünü saxlayaraq onun dönmə əməliyyatı zamanı piyadaya yol vermədiyini bildirir və “bazarı” açıq elan edir. Əsas məsələ piyada keçidinin və məlumatverici lövhələrin olmamasında deyil. Əsas məsələ odur ki, bu yol polisi əməkdaşları sifarişlə adam tutaraq avtomobillərin dönmə əməliyyatları zamanı ayaqlarını səkidən avtoyola qoymasını təşkil edirlər. Şikayətçi qeyd edir ki, gün ərzində eyni adam 10 dəfə necə o istiqamətdə və eyni məqamda kəsişmədə ola bilər axı?
Məsələnin aktuallığını nəzərə alıb 7news.az olaraq biz də eyn istiqamətdən keçməyi qərarlaşdırdıq. Eyni mənzərə ilə biz də qarşılaşdıq. Dönmə əməliyyatı zamanı adi bir vətəndaş piyada keçidi olmayan istiqamətdə ayağını səkidən avtoyola qoydu. DYP əməkdaşı saytımızın əməkdaşını saxlayaraq piyadaya yol vermədiyimizə görə cərimələnəcəyimizi dedi və bazarlığa start verdi. Jurnalist olduğumuzu dedikdən sonra DYP-çi dəhal qayda qanun “xırdalamağa”, mikrafonu qoşmağa başladı. Biz isə yol polislərinin vətəndaşlara qarşı kəskin aqresiyasının insanlar arasında narazılıq yaratdığını dedik. Əməkdaşımız polisin yazdığı cərimə protokolu ilə razılaşmadı və imzalamaqdan imtina etdi. Bu və bu kimi özbaşınalıqları həyata keçirən DYP-çilər bu əməli birbaşa Cənab Prezident İlham Əliyevin onlar qarşısında qoyduğu tapşırıqlara xəyanət kimi dəyərləndirməlidir. Ölkə xaricinnən və daxildən bəzi qüvvələr istənilən halda insanlar arasında süni narazılıq dalğasının yaradılması üçün “dəridən-qabıqdan” çıxırlar. Görünür DYP-çilər bu işdə onlarla bir yerdə hansısa missiyanı həyata keçirilər. Bu həm də Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovun yol polisi işçiləri qarşısında əhaliyə xidmət sahəsində verdiyi tapşırıq və tövsiyyələrə zidd olaraq atılan addım kimi qiymətləndirilir. Mövzuya aid fotoları təqdim edir, vətəndaşları bu yoldan və polis avtomobilindən ehtiyatlı olmağı tövsiyyə edirik.
Jurnalist etikasına müvafiq olaraq məsələ ilə bağlı DYP-nin aidiyyatı qurumları ilə bir neçə gün ərində əlaqə saxlamağa çalışsaq da hər zamankı kimi “əlçatmaz” statuslarını qorumaqda davam edirlər.



Növbəti yazılarımızda DYP-çilərin daha bir unikal maxinasiyası ilə bağlı yazı dərc edəcəyik
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar