Bələdiyyə sədri generalın adından istifadə edir? - ŞİKAYƏT VAR

20-04-2016, 11:30   
Bələdiyyə sədri generalın adından istifadə edir? - ŞİKAYƏT VAR
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi
General-polkovnik Bəylər Həsən oğlu Əyyubova

Zərdab rayonu, Bəyimli qəsəbə sakini
Həşimov Salman Əyyub oğlu tərəfindən
Faktiki olduğu yer: Zərdab rayonu, Qoşaoba kəndi
Əlaqə tel.: (070) 740-91-19, (050) 995-92-19

Cənab General-polkovnik!

2007-ci ildə Zərdab rayonu Qoşa oba bələdiyyəsindən 65 ha şoran torpaq sahəsini 15 illiyinə icarəyə götürdüm. Hər il bələdiyyəyə 1800 (min səkkiz yüz) manat icarə haqqı ödədim. 14 nəfər ailə üzvlərimizin 8 illik gərgin zəhməti hesabına həmin şoran ərazini yaşıl bir vadiyə çevirməyi bacardım. Bunun üçün əraziyə su, işıq, yol çəkdirdim. Qoşa oba bələdiyyəsi ləğv edildukdən sonra Zərdab Bələdiyyəsinin sədri Eyyub Babayev məndən ya ona 7000 (yeddi min) manat verməyimi, ya da ərazini boşaltmağımı tələb etdi. Mən onunla razılaşmadığım üçün mənə qarşı məhkəmədə torpaq sahəsinin boşaldılması tələbi ilə iddia qaldırdı. Hazırda iş Ali Məhkəmənin icraatındadır.
07.04.2016-cı il tarixində isə mənim işığımı, suyumu kəsdirdi və mənim faktikin yaşadığım evə gələn yolu qazdıraraq mənə bildirdi ki, Bəylər Əyyubov bu ərazidə pambıq əkir. Buradan köçməlisiniz.

Mən Sizin məhkəmə və qanunlara hörmət edən və kasıbın tikəsində gözü olmayan bir dövət xadimi olduğunuza inanır və bu çirkin işlərin Sizin adınızdan həyata keçirilməsinə təəssüf edirəm.
İnanıram ki, Sizi xalq arasında hörmətdən salmaq istəyən bu adamlara qarşı layiqli tədbirlər görülməsinə nail olmaqla mənə müvafiq köməkliyinizi əsirgəməyəcəksiniz.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar