Dünyanın bir çox ölkəsində prezidentlərin sevgi macəraları yaşadıqları xanımlar adətən gözəl aktrisalar, jurnalistlər, idmançılar, yaxud digər peşə sahibləri olurlar. Rumıniya prezidenti Trayan Besesku bu seçimində fərqlənir. anaxeber.info saytı xarici KİV-ə istinadən bildirir ki, prezident Trayan Beseskunun turizm naziri Elena Udrea ilə gizli eşq yaşadığı iddia edilir. Elenanın sürətlə, həm də asanlıqla nazir vəzifəsinə qədər yüksəlməsinin arxasında da bu sevginin ciddi təsirinin olduğu söylənilir.
Vaxtilə dünya mətbuatının gündəmini özünə yaxın olan gənc qadınları siyasətə gətirən İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni zəbt edərdi. Hətta belə demək mümkünsə, şorgözlüyü səbəbindən Berluskonini həyat yoldaşı da tərk edib. İndi isə siyasətdə bir başqa eşq skandalı Rumıniyada partlayıb. Bu ölkənin rəhbərinin könlünü gözəl bir nazir fəth edibmiş. Təsadüfi deyil ki, Rumıniya prezidentini Avropanın yeni eşqbazı adlandırırlar.
Məsləhətçilikdən nazir vəzifəsinə
Ölkənin ən çox satılan qəzetlərindən “ Libertatea” prezident Trayan Beseskunun məsləhətçisi işləyəndən sonra turizm naziri təyin olunan Elana Udrea ilə eşq yaşadığını iddia edbi. Qəzet hətta bu iddianı o qədər irəli aparıb ki, 63 aşındakı ölkə başçısının ailəsinin yaşadığı kəndə gedərək, əmisi və qohumlarına "Beseskunun yeni sevgilisi" haqqında nə düşündüklərini belə soruşublar.
Prezidentin sevgilisi qızı Elananın rəfiqəsidir
Evli və iki qız atası olan Rumıniya prezidentinin ölkənin son illərdəki ən gözəgəlimli siyasətçisi 41 yaşındakı Udrea ilə eşq yaşadığı dedi-qoduları uzun zamandır söylənilirdi. Keçmiş bir vəkil olan və 2004-cü ildə yerli seçkilərdə siyasətə atılan Udrea, siyasət pillələrini sürətlə qalxaraq əvvəlcə dövlət başçısının məsləhətçi, millət vəkili və son olaraq da nazir olub. Rumıniya mətbuatının yazdığına görə, bu sürətli yüksəlişin arxasında Beseskunun dəstəyi olub.
Dekolte paltarları, mətbuatın qarşısındakı rahat rəftarları və jurnallara verdiyi pozalarla tanınan Udrea Rumıniya prezidentinin Avropa Parlamentindəki müstəqil millət vəkili olan qızının da yaxın rəfiqələrindən biridir. Elana Besescu “Atanızın eşq dedi-qodusu haqqında nələr düşünürsünüz” sualına “Atamın çox yaxın dostu və iş yoldaşıdır. Aralarındakı əlaqə tamamilə professional”, - deyə cavab verib.
Elana Udrea təkcə prezidentlə eşq macərasına görə deyil, şəxsi keyfiyyətləri ilə də tez-tez qalmaqallı hadisələrin episentrində olub. Onu daha nələrdə günahlandırmayıblar - pal-paltarı kifayət qədər bahalıdır, böyük çantalar gəzdirməyi xoşlayır və s. “Tabu” jurnalında Elena güclü, cəlbedici qadınlar-Kleopatra, Jaklin Kennedi, Marqaret Tetçer və Madonna ilə müqayisə olunub.
B1 televiziyasına müsahibəsində etiraf edib ki, pal-paltar onun üçün həyatının ən başlıca xoşbəxtlik əlamətindən biridir, məsələn, onun donlarından birini biznesmen olan əri hədiyyə olaraq alıb, qiyməti isə 780 Britaniya funt sterlinqinə bərabərdir (900 avro, yaxud 1280 dollar). Rumıniya KİV-i ölkə iqtisadiyyatının böhran keçirdiyi dövrdə Udreanın bahalı geyimə, əl çantalarına üstünlük verməsinə görə onu hətta dəfələrlə qınayıb.