Abşeron İcra Hakimiyyətinin Babək və Elmiri kimlərdir?

23-04-2016, 06:16   

İradə Gülməmmədovanın tikinti sektorunda «sağ əlləri» olan adamları rayonda pulsuz daşı-daş üstə qoymağa imkan vermir

Abşeron rayonunda əhalinin əlindən əziyyət çəkdiyi məmurların adları bir-bir ortaya çıxır. Bu barədə JAM.AZ-a yazan vətəndaşlar qeyd edirlər ki, onlar artıq nə edəcəklərini belə bilmirlər. Çünki icra başçısı İradə Gülməmmədovaya güvənərək, addım atan həmin məmurlar konkret olaraq insanların qurub-yaratmaq həvəsini pulla məhv edirlər.
Məlumatda vurğulanır ki, bir vaxtlar Baş Tikinti İdarəsində (BTİ) işləyən Fuad Cəbrayılov Abşeron İcra Hakimiyyətinin başçısının ictiami-siyasi və humanitar məsələlər üzrə müavin gətirilsə də, bu adam qeyd olunan işlərlə deyil, məhz tikinti məsələləri ilə məşğul olur. «Fuad Cəbrayılov BTİ-də əsas işi vətəndaşlara çıxarış verməkdən ibarət olub. Lakin ondan edilən şikayətlərin çoxluğundan dolayı işdən çıxarılıb. Daha doğrusu, Kərəm Həsənov onu işdən qovmaq məcburiyyətində qalıb. Amma İradə Gülməmmədova onu müavin postuna təyin edib. Aydın məsələdir ki, ortaq maraqlar bu addımı atmağa şərait yaradıb. Həm də tikinti işləri və pulun necə yığılması yollarını yaxşı bildiyindən Fuad Cəbrayılova rayonun bütün tikinti işləri həvalə edilib».
JAM.AZ-a müraciət edən vətəndaşlar qeyd edirlər ki, Fuad Cəbrayılov BTİ-də işlədiyi zaman onun sürücüsü olmuş Elmin adlı şəxsə Abşeron İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsində mühüm «vəzifə» tapşırıb. Belə ki, Elmiri ştatla işə götürməyən müavin, ona şöbədə xüsusi bir otaq ayırıb. «Onun hansı vəzifə daşıdığı kimsəyə məlum deyil. Ayrıca bir otağı var və hamını da orada qəbul edir. Bu adamın işi ev tikmək istəyən, hansısa yenilik etmək istəyən şəxslərə qiymət «oxumaq»dan ibarətdir. Çünki əgər hər hansı bir vətəndaş hasar çəkirsə, ev tikirsə, hətta evinin uçuq-sökük damını dəyişmək istəyirsə, Elmirin adamları orada peyda olur. Vətəndaşa da bunu deyirlər ki, Elmir müəllim icazə verməsə, kimsə daşı daş üstə qoya bilməz. Elmirdən icazə isə heç də asan deyil. Bunun üçün əlindən cibində olmalıdır».
JAM.AZ xəbər verir ki, Abşeron rayon İcra Hakimiyyətinin rəsmi saytında Elmir adlı şəxsin adı belə yoxdur. Araşdırma zamanı o da məlum olub ki, bu adam qeyri-rəsmi olaraq İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinə rəhbərlik edir.
Bütün bunlar işin çox kiçik tərəflərindən hesab olunur. Çünki rayonda elə hadisələr baş verir ki, kimsə ona ad tapıb qoya bilmir. Məsələn, İradə Gülməmmədovanın bacısı oğlu Babək də tikinti işlərinə nəzarət edən əsas fiqurlardan sayılır. Bu adam da qeyri-rəsmi işləyir və Memarlıq və Tikinti Şöbəsində heç bir vəzifə tutmur. Vətəndaşlar deyir: «Babəki rayonda hamısı icra başçısının pul daşıyanı kimi tanıyır. Xırdalanda kimsə sual versən ki, Babək kimdir, o dəqiqə cavab verəcək ki, tikinti işləri üçün pulları yığan şəxs».

P.S. Qeyd edək ki, bu təkcə tikinti sektoruna aid olan məsələlərdir. İcra başçısı İradə Gülməmmədovanın dərman sektorunda olan qardaşlarının uzun illərdən bəri gördüyü işlər, habelə «Titanik» restoranında oturub icra başçısının adından sui-istifadə etməklə işə düzəltmək adı altında camaatın aldadan qardaşının kimliyi də maraqlıdır. Bu barədə növbəti yazımızda geniş məlumat verəcəyik. Qarşı tərəfi də dinləməyə və mövqelərini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar