Cəlilabadda yol polisi Ramiz İsmayılov xalqı bezdirib

8-05-2016, 19:24   
Cəlilabadda yol polisi Ramiz İsmayılov xalqı bezdirib
Cenubnews.com saytının verdiyi məlumata görə bu barədə Cəlilabad sakinlərinə məxsus facebook səhifəsində məlumat yerləşdirilib.
Məlumatda bildirilir ki, Cəlilabad Rayon Dövlət Yol Patrul Xidmətinin inspektoru Ramiz İsmayılovu rayonda hər kəs yaxşı tanıyır.Çünki hər bir rayon sakinin yollarda adıçəkilən yol polisi “qarşılayır” və “yola” salır.Rayon sakinləri bildirirlər ki, rayonda insanlar ailəsini dolandırmaq üçün gecə gündüz çalışır. Rusiyaya gedir, karyerə gedir beli qırılır.Amma DYPX-nin inspektoru Ramiz İsmayılov rayonda insanlara qan uddurur.Sakinlər bildirir ki, rüşvətxor məmurun mülkünün sayı hesabı yoxdur.Bu mülklər də onun sürücülərdən aldığı rüşvət əsasında baş tutub.Cəlilabad rayon sakinləri qeyd edirlər ki,”biz həmişə istəmişik ki, keşiyimizdə duran polislərimizlə fəxr edək, ancaq nə vaxta qədər.Ramiz İsmayılov kimi, rüşvətxor, millətinin qanını içən bir məmur vəzifədə qalacaqsa bu mümkünsüzdür.İnsanlarımız buna baxırlar və avtomatik düşünürlər ki, qalan polislərimizdə bunun tayıdır.Ramiz İsmayılov öz vəzifəsindən istifadə edərək, azyaşlı aftoşlara “daydaylıq” edir, yəqin yaxın vaxta siz eşidəcəksiniz ki, Cəlilabadda azyaşlı sürücülər qəza törədib.”Cəlilabad rayon sakinləri həmçinin, DYPX-nin inspektoru Ramiz İsmayılovu vəzifəsindən istefa etməyə çağırırlar!
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar