Cənab general YPX-ti postunda sürücülərə haqq qoyulub - Qorxmazın qorxmaz sərgüzəştləri

8-05-2016, 21:56   

”Qanun bizim əlimizdədir.Buna görə də nə istəyirik edirik”

Cənab general YPX-ti postunda sürücülərə haqq qoyulub

XİA.az xəbər verir ki, yollarda Baş DYPİ -nin bəzi əməkdaşları öz qanunsuz əməllərini davam etdirir və etdikləri özbaşnalığa hətta haqq da qazandırırlar. Məsələn, Şəki-Balakən magistral yolunda yerləşən Şəki postundan keçən sürücülər sözün əsl mənasında soyulurlar. Həmin postun yerləşdiyi yolun kənarında radar qoyulub və həmin radara düşən maşınların sürücüləri DYP əməkdaşları tərəfindən saxlanıldıqda onlar qanuna müvafiq olaraq cərimələnmək əvəzinə, onların etdiyi qanun pozuntusuna göz yumulması üçün “şirinlik” istəyir. Yalnız istənilən məbləği-şirinliyi verməkdən imtina edən sürücülər cərimələnir, qalanları isə cəzasız buraxılır. Üstəlik şirinlik verməkdən boyun qaçırıan qanuna riayət edən sürücülər yarım saatacan postda qanunsuz olaraq boş yerə saxlanılır və yalnız sonra ,cərimə haqda protokol tərtib olunan sənəd onlara təqdim olunur. Bu özbaşnalığa etiraz edən sürücülərə isə nə bilirsən et cavabı verirlər.

Yevlaxdan Şəki ərazisinə girəndə, yəni Xanabad kəndi ilə Oğuz yolunun kəsişməsində Şəki postunun patrul maşını var. O həmin ərazidə yerləşən təpədə dayanır və yaxud Yusifin restoranı adlanan yeməkxananın həyətində gizlənərək yolu güdürlər. Sözsüz ki, düz xətti ayaqlayan sürücülər yerindəcə tutulur. Sonrası isə bəllidir.

Əldə etdiyimiz məlumata əsasən bir yük maşını Şəki ərazisini posta məxsus yolla keçirsə deməli 2-3 yerdə əllərini ciblərinə salmalıdır. Bu baş verənlər tağım komandirinin müavini vəzifəsində işləyən Qorxmazın gözü önündə baş verir. Bəs Qorxmaz müəllim nədən tədbir görmür? - Maraqlı məsələdə burasıdır.

XİA.az saytının əldə etdiyi videogörüntüdə bu aydın görsənir.
Həmin videoya bu linkdən baxa bilərsiz (videoya baxmaq üçün qırmızı həflərlə yazılmış sözün üstünə tıklayın) - winked Şəki postunda DYP-si əməkdaşı kamaz sürücülərini soyur - VİDEO SÜBUT
[media=https://www.youtube.com/watch?v=m-QW_jFpLIo]
Biz inanırıq ki, bu post əməkdaşlarının yolda yığdığı puldan nə Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovun, nə də DİN Baş DYP İdarəsinin rəisi polis general – mayoru Ramiz Zeynalovun xəbəri yoxdur və buna görə də ümid edirik cənab nazir və rəis məsələ ilə bağlı ölçü götürüb qanunu pozan ipost rəhbərini cəzalandıracaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar