Parabank 1 il qabaq ölmüş adamın adına kredit verib. Parabank-ın Nərmanov filialında heç bir qanunlara sığmayan bir hadisə baş verib. Bankın işçiləri 2014-cü ilin avqust ayında rəhmətə getmiş Vaqif İbrahimovun adına kredit sənədləşdirlib.
2016-ci ilin mart ayında rəhmətliyin arvadı Xəyalə İbrahimova əri Vaqif İbrahimovun aldığı krediti ödəmədiyi üçün bank tərəfindən onun mülkünün Parabankın xeyrinə əlindən alınması haqqında məhkəməyə müraciət edəcəyi haqda bildiriş alıb. Və bu bildirişdə yazılıb ki, rəhmətlik Vaqif İbrahimov bu krediti 14 sentyabr 2015- ci ildə alıb yəni öləndən 13 ay sonra.
Xəyalə İbrahimova dərhal Parabanka müraciət edib, lakin orda bunun necə baş verdiyini heç kim ona başa sala bilməyib.
İndi Xəyalə İbrahimova hüquq mühafizə orqanlarılna müraciət etməyə hazırlaşır.