Çünki İ.Ağazadə, az sayda millət vəkillərindən biri olub ki, xalqın sözünü Milli Məclisdən səsləndirib

1-06-2016, 08:42   

“Onun deputat olması ağdaşlılara fürsət olacaq”





Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının Ağdaş Rayon Təşkilatının sədri Zülfi Məmmədli İqbal Ağazadənin təbliğat-təşviqat kampaniyasına qatılıb.

Bu barədə AzNews.az-a Z.Məmmədli özü məlumat verib. Sədr bildirib ki, İ.Ağazadənin parlamentdə olmasından həm millət, həm də ağdaşlılar qazanar: “Çünki o, parlamentdə olduğu 15 il ərzində az sayda millət vəkillərindən biri olub ki, xalqın sözünü Milli Məclisdən səsləndirib. Düşünürəm ki, ağdaşlılar bu fürsəti dəyərləndirəcəklər”.

Zülfi Məmmədli bütün Ağdaş seçicilərini namizəd İqbal Ağazadəyə səs verməyə çağırıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar