“Azərenerji”də yoxlamalar başlayır; Qurumun vəzifəli şəxsləri həbs oluna bilər

4-06-2016, 10:15   
“Azərenerji”də yoxlamalar başlayır; Qurumun vəzifəli şəxsləri həbs oluna bilər
“Azərenerji” ASC-də yoxlamalar başlayır. Bu barədə redaksiyamıza daxil olan məlumata görə, qurumun prezidenti Etibar Pirverdiyevin səlahiyyətlərinin əlindən alınması da bununla bağlıdır.

Məlumat üçün deyək ki, bir neçə gün əvvəl prezidentin sərəncamı ilə Etibar Pirverdiyevin səlahiyyətləri əlindən alınıb. “Azərenerji” prezidenti faktiki olaraq nəqliyyat naziri Ziya Məmmədovun vəziyyətinə salınıb.

Mənbəmiz bildirir ki, “Azərenerji”də yoxlamalar Etibar Pirverdiyevin maliyyə maxinasiyaları barədə ciddi şübhələrin olması ilə bağlıdır. Məlumata görə, yoxlamalar kompleks şəkildə aparılacaq. “Bu yoxlamalar həbslərə də səbəb ola bilər. Əgər ciddi maliyyə maxinasiyaları üzə çıxarsa, ”Azərenerji” ASC-nin xeyli vəzifəli şəxsi, hətta Etibar Pirverdiyevin özü də həbs oluna bilər”,- deyə qaynağımız bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar