Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

Eldar Mahmudovda hansı məmurlar barədə kompromatlar var?

15-06-2016, 15:08   
İlham İsmayıl: “İntim video ilə şantac həmişə uğurlu alınmır”
Eldar Mahmudovda hansı məmurlar barədə kompromatlar var?

Politoloq Ərəstun Orujlunun MTN işi ilə bağlı verdiyi müsahibədə “2800 seks videosu” barədə səsləndirdiyi iddialar mediada jiddi ilgi gördü və manşetlərə daşındı.

Ümumiyyətlə seks videosu ilə şantac xüsusi xidmət orqanlarının nə vaxtdan vazkeçilməzi olub?

Moderator.az-ın əməkdaşı bu sualla təhlükəsizlik məsələrəi üzrə tanınmış ekspert İlham İsmayıla mürajiət edərək aşağıdakı javabı alıb: “Hörmətli Ərəstun bəyin “MTN işi” kimi qəbul olunan proses barədə məlum müsahibəsi kifayət dərəjədə rezonans doğurub və müsahibədə proses əsasən düzgün qiymətləndirilib. Xüsusilə, işin yalnız istintaqdan deyil, daha çox siyasi qərarlardan asılı olan bir proses olduğu dəqiq göstərilib. Ərəstun Orujlunun qaldırdığı suallar da jəmiyyəti həm maraqlandıran, həm də narahat edən məsələlərdir. Bu deyilənlər öz yerində, amma hiss olunur ki, əksər mətbuat nümayəndələri və sosial şəbəkədəkilər “2800 ədəd seks videokaseti” barədə olan informasiyanı önə çəkərək, şantac materialların hədəflərinin kimlər olduqlarıyla daha çox maraqlanırlar. Kasetlər barədə fikir bildirməzdən əvvəl qeyd edim ki, seks şantacı tarixən xüsusi xidmət orqanlarının populyar metodlarından biri olub. Ərin və ya arvadın xəyanəti video, foto görüntülərlə qeyd olunandan sonra istər kəşfiyyat, istərsə də əks-kəşfiyyat bu metodla istədiyinə nail olmağa çalışıb. Yəni hədəfi jasusluq etməyə jəlb etmək üçün həmin materiallardan istifadə ediblər. Bu metod həmişə də uğurlu alınmır. Xüsusilə diplomatlara (bəzi müsəlman ölkələri istisna olmaqla) qarşı işlədəndə onlar adətən bunu gülə-gülə qarşılayıblar.

Qeyd olunan kasetlərin 90 faizi proses üçün siyasi qərar verilməsinə təsir edə bilməz, yəni hansısa məmurun, ijtimai şəxsin, lap bəzi nazirlərin də, onların ailə üzvlərinin də görüntüsü son anda siyasi qərara təsir edə bilməz. O deyilən görüntülərin 10 faizi (rəqəmlər nisbidi) xüsusi narahatlıq yarada bilər ki, görünür, hələ də istintaq bu işdə hüquqa əsaslanan qərar verə bilmir. İkinjisi, 2800 ədədin demək olmaz ki, hamısının təşəbbüskarı və sifarişçisi yalnız MTN işçiləridi. Ola bilsin ki, sifariş daha yuxarıdan gəlsin və kasetlərdə bunlar qeyd edilsin və məlumdur ki, belə sifarişlərin bəziləri televiziyalara, internetə qədər çıxarılıb. Sifarişlərin içərisində yalnız yataq səhnələri deyil, ölümlə nətijələnən qətllərin, rüşvət vermə-alma proseslərinin də olması mümkündür. Ərəstun Orujlunun konkret adlar çəkərək, onların niyə bu günədək istintaqa jəlb olunmamasının javabını da məhz qeyd etdiyimiz sifarişlərdə, tapşırıqlarda axtarmaq lazımdır. İlk baxışda aydın olmayan bütün məqamlar şantajla bağlıdır. Vaxtilə qanunsuz, dövlətə, dövlətçiliyə xidmət etməyən sifarişlərin, tapşırıqların gözünə öz şəxsi maraqlarını da qoşub quldurluq edənlər bir gün jinayətlərin üstünün açılajağının fərqində olublar, hazırlıq görüblər. O hazırlıqla da onları ittiham edənləri şantaj edirlər. Vaxtilə Moderator .az saytına verdiyim açıqlamada demişdim ki, “MTN işi” tezliklə bitməyəjək və burda gözlənilməz hadisələr baş verəjək. Hələ ki, bir zabit intihar edib, intiharın şahidi də “özünə qəsd” edib, bir zabit də içəridən hədə-qorxu gəlir ki, məni buraxın, yoxsa özümü öldürərəm. Ümumiyyətlə, məhkəmənin olması belə çətin görünür. Məhkəmə çox güman ki, qapalı keçirilsin, ya da müttəhimlərin bəzilərilə əvvəljədən razılaşdırılmış mövqe qoyulması şərti kəsilsin. Gedişatın istintaqdan çox, siyasi qərardan asılı olajağı açıq hiss olunur”.


İlham İsmayıl modern.az saytına da maraqlı açıqlamalar verib. Ekspert bildirib ki, xüsusi xidmət orqanlarında kompromat material bazası o zaman toplanır ki, dövlətə vajib olan mühüm məsələlər üçün müvafiq əməliyyat axtarış tədbirləri, izləmə və istintaq zamanı işə yarayır.

Ekspertin sözlərinə görə, əgər belə materiallar həqiqətən varsa, bu, artıq qeyri-qanuni şantac və təhdiddir: “Əgər belə materiallar kimlərinsə şəxsi həyatına müdaxilə və şantac xarakteri daşıyırsa, bu, elə sözün həqiqi mənasında şantacdır. Bu jür materialların toplanması keçmiş MTN-ə xarakterik iş deyildi. Deməli, Eldar Mahmudov nazirliyin bütün güjündən, əməliyyat-texniki imkanlarından şəxsi maraqları üçün istifadə edib.

Əgər kimlərinsə haqqında kompramateriallar, videolar varsa və bunlar hələ də müəyyən şəxslərin əllərində saxlanılırsa, çox təhlükəli məqamdır. Doğrudan da 2800 sayda disk və kasetlər varsa, bunlar hamısı qanunazidd əməllərin nətijəsidir. Məsələ odur ki, artıq ortada şantajdan qorxmaq məsələsindən söhbət gedir”.

Təhlükəsizlik eksperti söyləyib ki, bu videolar, görüntülü yazılar kimlərin əllərindədirsə, onları tapıb zərərsizləşdirmək və bu qorxu, şantacdan qurtulmaq lazımdır:

“Bu işi görən kimlərdirsə, kompramateriallar kimlərin əlində jəmləşibsə, həmin adamları bu gün tapmaq lazımdır və bu şantajdan qurtulmaq lazımdır.

Əks təqdirdə, biz bu videoların bir-bir, iki-iki ortaya çıxmasının şahidi olajağıq”.

İlham İsmayıl hesab edir ki, həqiqətən də Eldar Mahmudovun və ona yaxın olan dairələrin əlində belə videoların olduğu haqda məlumatlar inandırıjıdır.

Təhlükəsizlik eksperti deyib ki, keçmiş nazir Eldar Mahmudov bu günə qədər hələ də həbs edilmirsə, deməli, bu jür şantac videolarından qorxan, çəkinən yüksək vəzifəli şəxslər və məmurlar var: “Yəqin ki, həqiqətən şantac videoları var və mövjuddur. Çünki od olmayan yerdən tüstü çıxmaz. Bu günə qədər də Eldar Mahmudovun həbs olunmaması, bəlkə də, elə buna görədir.

Çünki həmin şantac elədiyi, haqqında intim həyatına aid kompramateriallar əldə etdiyi vəzifəli şəxslər bu gün Eldar Mahmudovu həbs etdirə və ya edə bilmir.

Ehtimal ki, Eldar Mahmudovun əlindəki videolar məmur heyəti, zəngin şəxslər, ijtimai nüfuzu olan və yüksək vəzifə tutanlarla bağlıdır”.

İlham İsmayılın sözlərinə görə, bəlkə də, bu videoların bir neçə nüsxəsi xariji ölkələrdə, ayrı-ayrı adamlarda saxlanılır və nə zamansa, hansısa yüksək vəzifəli şəxslərin şantaj edilməsi məqsədilə ortaya çıxarılajaq: “Amma indiki halda həmin videolar daha çox yüksək vəzifəli məmur heyəti haqqında ola bilər. Bəlkə də, bu materialların bir neçə nüsxəsi ayrı-ayrı şəxslərə ötürülüb.

Yəni başqa yerlərdə gizlin şəkildə ehtiyat kimi saxlanılır. Ola bilsin ki, hətta xarijdə saxlanılsın.

Çünki belə materiallar yaxın gələjəkdə nə vaxtsa hansısa yüksək vəzifəli şəxslərin, məmurların şantaj olunmasında istifadə edilə bilər.

Buna görə də bu gün Eldar Mahmudovun həbs edilməməsində maraqlı olan şəxslər də var”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar