Masallıda «abunə pulu» qalmaqalı

30-05-2014, 11:17   

Deyəsən, icra başçısı xaricə səfərini büdcə pulu ilə dolanan işçilərin hesabına maliyyələşdirmək istəyir

Masallıda ilin ortası olsa da, qəzetlərə abunə haqqı yığmağa başlayıblar. JAM.AZ-a daxil olan məlumata görə, büdcə təşkilatlarında çalışanlardan məcburi qaydada alınan abunə haqları 10-20 manat aralığında dəyişir. İşçilər bu pulu niyə verdiklərini və versələr belə müqabilində qəbz tələb etmələri isə «cinayət» hesab olunur.

Daxil olan məlumata görə, yerli büdcə təşkilatlarının rəhbərləri qəbz tələb edənləri işdən çıxaracaqları ilə hədələyirlər. Üstəlik, bildirirlər ki, pulun yığılması barədə təlimatı birbaşa Masallının icra başçısı Rafil Hüseynov verib.

Qeyd edək ki, Masallıda büdcə təşkilatlarında çalışanların sayı heç dlə az deyil. Abunəpulları yığılarsa, bu orta hesabla 25-30 min manat deməkdir. Bu qədər pulun özbaşına yığılması da mümkün deyil. Və böyük ehtimalla elə icra başçısının təlimatı əsasında həyata keçirilir.

Bu əsnada JAM.AZ dəqiqləşdirib ki, Rafil Hüseynov xaricə səfərə gedib. İşgüzar səfər adı altında istirahətə yollanan Masallının icra başçısı gedər ayaqda abunə pulu yığdırmaqla yəqin səfər xərclərini qarşılamaq istəyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.