Azad Hacıyev: "İş adamı İlham Qasımov şərlənərək tutulub" – İDDİA

19-07-2016, 15:06   
Azad Hacıyev: "İş adamı İlham Qasımov şərlənərək tutulub" – İDDİA
Azərbaycanlı iş adamı sahibkar “ MTK-REAL”MTK Mənzil Tikinti Koperativinın təsisçilərindən biri olmuş Qasımov İlham Səfəralı oğlunun ailəsi onun qanunsuz həbsi barədə məlumatı kütləvi informasiya vasitələri ilə ictimayyətə və Respublikanın Prezidenti cənab İlham Əliyevin nəzərinə çatdırmağı xahiş edir. Vəkilin yəni sözügedən iş adamının nümayəndəsinin sözlərinə görə, Gülağa Tənha ləqəbli iş adamı Qasımov İlham Səfəralı oğlunu şərləyərək tutdurmuşdur. O, ilham Qasımovu dələduzluq cinayətini törətməkdə ittiham edir. Hal bu ki,15 sentyabr 2014-cü il tarixində İlham Qasımov Qanuna müvafiq qaydada rəsmi olaraq "MTK-REAL" MTK-nın nizamnamə fondundakı 200 payını Gülaga Qəmbərova satmış və həmin təsisçi payı Gülağa Tənhanın yaxın adamlarının adına rəsmiləşdirilmişdir.Bundan sonra “MTK-REAL” MTK-nın təsisçilərindən biri olmuş Qasımov İlham Səfəralı oğlunun "MTK-REAL" MTK-sındakı təsisçi öhdəliyi qüvvədən düşmüşdür. Belə olan halda İlham Qasımovun Gülağa Qəmbərova qarşı dələduzluq etməsi məntiqə və əsasa söykənmir. Çünki bütün aparılan sənədləşmələr Azərbaycan Respublikasının qanunlarına riayət edilərək hüquqi qaydada digər şəxsin adına rəsmiləşdirildiyi halda ilham Qasımovun dələduzluq cinayəti törədilməsinə ehtiyac məcburiyyəti yaranmır. İlham Qasımovun “MTK-REAL” MTK-sı ilə əlaqəsinin olmadığı halda qeyri rəsmi məlumatlar əsasında ona qarşı ittiham irəli sürülmuş və qanunsuz olaraq həbs edilmişdir. Nümayəndə bildirir ki, 2014-cü il tarixində İlham Qasımov “REAL-MTK “REAL şirkətində olan Təsis payını Gülaga Qəmbərova satdıqdan sonra qeyri rəsmi Gülaga Qəmbərova məxsus olan “ODLARYURDU” MTK –nın sədri ilə “REAL MTK “REAL şirkətinin sədri Sahil Cahangirli arasında 26 fevral 2015-ci il tarixli (Qarşılıqlı fəaliyyətin tənzimlənməs ibarədə müqavilə) bağlanmışdır.Daha sonra 14 iyun 2015-ci il tarixində Qarşılıqlı fəaliyyəti əməkdaşlıq müqaviləsi bağlanmış. Beləliklə iki MTK birlikdə fəaliyyətə başlamışdır. İlham Qasımovun ailə üzvü bildirir ki, 2014-cü ildən bəri İlham Səfəralı oğlu Qasımovun “REAL-MTK “REAL şirkətində hüquqi funksiyasının olmasıdığı təqdirdə 2 ildən sonra ona qarşı ittiham irəli surulmüşdür. İlham Qasımovun ailə üzvü bildirir ki bu, ittiham əsassızdır İlham Qasımov 21 iyun 2016-cı il tarıxındə Binəqədi rayon məhkəməsinin qərarına əsasən barəsində həbs qəti imkan tədbiri seçılərək həbs edilmişdir. Artiq 25 gündür ki qanunsuz həbsdədir ürəyində problem olduğu üçün ,həbsdə olması onun sağlamlığı üçün təhlükəlidir.Həbs şər və böhtan xarakterli məlumatlar əsasında həyata keçirildiyindən qəbul edilməzdir və İlham Qasımov bərayətvericisi əsaslarla dərhal azad olunmalıdır.İlham Qasımovun sahibkarlıq fəaliyyəti dövrü ərzindən bu günə kimi sahibkarlıq fəaliyyəti ilə əlaqədar hüquq mühafizə, vergi orqanları, payçılar, dövlət orqanları və digər orqanlarla mübahisəsi qanun pozuntuları olmamışdir. 2016-cı ildə İlham Qasımov şər və böhtan xarakterli məlumatlar əsasında sifarişli olaraq həbs etdirilmişdir. Media nümayəndələrinin Nəzərinə çatdırırıq ki, İlham Qasımov öz xalqına ,dövlətinə sadiq bir insandır və o hələ 1994-cü il tarixində Beyləqan rayonunda öz hesabına Azərbaycan Xalqının Ulu öndəri dahi oğlu Heydər Əlirza oğlu Əliyevin şərəfinə "Heydər Baba" məscidini tikdirərək möminlərin istifadəsinə vermişdir. Əlavə olaraq İlham Qasımov məcburi köçkünlərə,şəhid ailələrinə,qarabağ əlillərinə,kimsəsizlərə və sair ehtiyacı olan şəxslərə əl tutmuş onların qayğısına qalmışdır. Bu misiyanı butun fəaliyyəti dövründə davam etdirmişdir. İlham Qasımov bir sahibkar kimi də Dövlətin xəzinəsinə külli miqdarda vergi ödəmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də Sahibkarlara qarşı edilən qanunsuz həbslərin qarşısının alınmasını və sahibkarlara dəstək verilməsini dəfələrlə vurğulayır,bu gün də sahibkarlıq müvzusu gündəmdədir və prezidentin nəzarətində olan məsələlərdən biridir. Prezident İlham Əliyev öz çıxışında sahibkarlıq sahəsində aparılan qanunsuz yoxlamalar və həbslərdən çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların sayının çox olmasını, göstərilən sahədə sui-istifadə hallarını qeyd edib,və bundan nəticə çıxarmayanların cəzalandırılacağını bildirmişdir. Sahibkar xeyriyyəçi İlham Səfəralı oğlu Qasımovun ailə üzvü onun tezliklə azad olunmasını və media nümayəndələrinin məsələnin işiqlandırmasını xahiş edir. Adları bu məsələdə hallanan insanların mövqeyini dərc etməyə hazırıq.http://mediaxeberleri.az/
Nümayəndə: A.Hacıyev
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar