Oqtay Əsədov Heydər Babayevi xilas edə bilməyib

21-07-2016, 08:35   
Oqtay Əsədov Heydər Babayevi xilas edə bilməyib
Spikerin sabiq nazirlə bağlı xahişləri nəzərə alınmayıb

Bir müddət əvvəl məlumat yayılmışdı ki, sabiq iqtisadi inkişaf naziri Heydər Babayev müflis edilib. Onun nəzarətində olan biznes strukturları əlindən alınıb. Sonuncu dəfə isə Heydər Babayevə məxsus “Bank Standard” onun əlindən alınıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank Standard”ın maliyyə dayanıqlığının tam bərpası məqsədilə xüsusi sağlamlaşdırma proqramı hazırlanıb. Bankın maliyyə sektorundakı mövqeyini, aktivlərinin xüsusı çəkisini, öhdəliklərin sosial xarakterini və sistem əhəmiyyətini nəzərə alaraq,fiskal və monetar orqanlarla razılaşdırılmış şəkildə onun maliyyə sağlamlaşdırılması (sanasiya edilməsi) barədə qərar qəbul edilib.


Qərara əsasən, “Bank Standard” səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasitəsilə sağlamlaşdırılacaq.

Redaksiyamıza daxil olan Heydər Babayevlə dostluq münasibətləri olan Milli Məclisin spikeri Oqtay Əsədov keçmiş nazirə kömək etməsə də, mümkün olmayıb. Bildirilir ki, Oqtay Əsədovun spiker olmasında Heydər Babayevin xüsusi rolu olub. Bu dəfə spiker ona yardım etməyə cəhd göstərib. Lakin Oqtay Əsədovun xahişləri nəzərə alınmayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar