
Ölkə konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərdən sonra Azərbaycanın vitse-prezidentləri olacaq
Artıq hakim dairələrdə birinci vitse-prezident postunu tutacaq şəxslərin kimliyi ilə bağlı müzakirələrə başlanılıb.
Araşdırmalara görə, birinci vitse-prezident vəzifəsinə əsas iddialılardan biri baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovdur. Bununla bağlı araşdırmamızda qeyd olunur ki, Əli Həsənov bu iddiasını gerçəkləşdirmək üçün indidən fəaliyyətə başlayıb.(gununsesi.info)