Bərdədə sərəncamla işdən çıxarılan şəxsə vəzifə verildi

1-06-2014, 12:14   

Oğlu avtomobil qəzasında adam öldürən Vidadi Bəylərov Heydər Əliyev Parkı və Xiyabanı İdarəsinə müdir gətirildi

Bir müddət əvvəl Tərtərdə icra başçısının müavini işləyən Vidadi Bəylərov sərəncamla işdən azad edildi. JAM.AZ xəbər verir ki, oğlu «avtoş»luq edərkən qəza törədən Bəylərovun oğlu adam ölümündə günahlandırılırdı. Lakin atasının işə qarışmasından sonra həbsdən yaxa qurtaran icra başçısının müavinin oğlu məsuliyyətdən kənarda qaldı.

Həmin hadisənin üzərindən bir xeyli müddət keçməsinə rəğmən, sərəncamla işdən çıxarılan Vidadi Bəylərov yeni vəzifəyə gətirilib. JAM.AZ-a daxil olan məlumata görə, sözügedən şəxs bir həftə əvvəl Bərdədə yenicə istifadəyə verilmiş Heydər Əliyev Parkı və Xiyabanı İdarəsinin müdiri təyn olunub. Hər gün Tərtərdən işə gələn Bəylərov orada görülən işlərə nəzarət edir.

Məlumatda vurğulanır ki, qanunla sərəncamla işdən azad edilmiş şəxsin dövlət vəzifəsi tutması qadağandır. Bərdədəki Heydər Əliyev Parkı da yerli İcra Hakimiyyətinin nəzdində olduğundan dövlət qurumu sayılır. Belə olan təqdirdə Vidadi Bəylərovun həmin posta gətirilməsi qanunsuz hesab olunur.

Lakin JAM.AZ-ın dəqiqləşdirmələrinə görə, Bəylərovun bu vəzifəyə gətirilməsi qardaşı Zaur Bəylərovun sayəsində mümkün olub. Bərdə İcra Hakimiyyəti başçısının köməkçisi işləyən Zaur Bəylərov böyük qardaşına imkanq yaratmaq üçün belə bir addım atıb.

O da bildirilir ki, Zaur Bəylərovun özü də yetərli qədər problemli adamdır. Çünki o, rayonda həyata keçirilən tikinti və abadlıq işlərinə pul yığmaq üçün yerli idarə və müəssisə rəhbərlərindən maliyyə tələb edib. Həmçinin icra başçısı Vidadi İsayevin bütün qara işlərini görməklə məşğul olur.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.