Hökumət “qara kassa”nın mövcudluğunu etiraf edir

15-08-2016, 08:23   
Hökumət “qara kassa”nın mövcudluğunu etiraf edir
Ticarət dövriyyəsi 32 faiz azalıbsa, gömrük daxilolmaları necə 30 faiz artıb?

Ölkədə vəziyyət pisləşdikcə hökumət “inkişaf tempi”ni artırır. Yəni, bütün göstəricilər başıaşağı getdiyi bir vaxtda, hökumət komandası “inkişaf edirik” təbliğatından əl çəkmir. Bir müddət əvvəl ölkə başçısı Ilham Əliyev bəyan etdi ki, gömrük daxilolmalarında 17 faiz artım var. Bütün iqtisadi göstəricilərin 30-40 faiz aşağı düşdüyü bir vaxtda gömrük daxilolmalarının 17 faiz artması absurd görünürdü və biz də bunun izahatını tələb etdik. Amma heç kim bunun izahatını vermədi və cəmiyyətə bu informasiyanı zorla sıradılar.

Indi isə yeni bir xəbər dövriyyəyə buraxılıb. Məlumat verilib ki, buÿilin iyul ayında AzərbaycanÿDövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 186790,64 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 31,9% çoxdur. Məlumata görə,ÿhesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoci ayı ilə müqayisədə 48,23% artaraq 46037,18 min manat olub.


Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 22,6% artaraq 123 376,72 min manat, aksizlər 75,1% artaraq 14771,08 min manat, yol vergisi üzrə daxilolmalar isə 78,1% artaraq 2 605,66 min manat təşkil edib.

Beləliklə, yanvar-iyul ayları ərzində DGK-nin xətti ilə dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 30,4% artaraq 1 182 169,88 min manata çatıb.

Bu müddətdə gömrük rüsumları 28,4% artaraq 316 956,96 min manat, ƏDV üzrə daxilolmalar 28,7% artaraq 771 247,22 min manat, aksiz üzrə 18,2% artaraq 58 979,17 min manat, yol vergisi üzrə daxilolmaları 3 dəfədən çox artaraq 34 986,56 min manat təşkil edib.

Bu dəfə daha böyük ziddiyyətlə qarşı-qarşıyayıq. Bir tərəfdən xarici ticarət dövriyyəsinin 32 faizi, müsbət saldonun 50% azaldığını bildirirlər, o biri tərəfdən gömrük daxilolmalarının 30 faiz artdığını söyləyirlər. Ona görə də sual meydana çıxır ki, ticarət dövriyyəsi 32 faiz azalıbsa, gömrük daxilolmaları 30 faiz necə arta bilər? Əslində, ticarət dövriyyəsinin azalması avtomatik olaraq gömrük daxilolmalarını da azaltmalıydı. Çünki, gömrük daxilolmaları ticarət dövriyyəsindən asılıdır. Ölkədən çıxarılan və ölkəyə gətirilən məhsulların həcmi azalıbsa, gömrükdən daxilolmaların artması absurddur.

Deməli, ölkədə “kölgə iqtisadiyyatı”nın üstünlük təşkil etdiyi etiraf edilir. Beynəlxalq təşkilatlar Azərbaycanda “qara kassa”nın 50 faiz təşkil etdiyini bildirəndə, hökumət buna etiraz edirdi. Indi rəsmi məlumatları uzlaşdıranda məlum olur ki, həqiqətən də “qara kassa” nın həcmi böyükdür.

Hökumət tez-tez müxalif fikirli adamları “qanunsuz sahibkarlıq” ittihamı ilə həbsə salır, bu adamların fəaliyyəti gecə-gündüz araşdırılır, vergi sənədləri yoxlanılır və s. Amma rəsmi rəqəmlərə istinad edəndə görürük ki, qanunsuz sahibkarlıq hökumətin gözünün qarşısında baş verir. Deməli, uzun illər büdcədən milyardlar yayındırılıb, gömrükdə yığılan pullar rəsmiyyətə salınmayıb. Çünki, hazırki vəziyyətdə gömrükdən daxilolmalar 30 fazi artıbsa, əvvəlki dönəmlərdə daxilolmalar 60-70 faiz artıq olmalıydı.

Hökumət bunun hesabatını verəmlidir. Ya bu rəqəmin yalan olduğunu, heç bir artımın müşahidə edilmədiyini, ya da “qara kassa”nın mövcudluğunu etiraf etməlidilər.

Samir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar