Nazir oğlunun “KFC”-si uğrunda savaş - Təfərrüat

22-09-2016, 10:35   
Nazir oğlunun “KFC”-si uğrunda savaş - Təfərrüat
Nazir oğlunun “KFC”-si uğrunda savaşBakıda məşhur restoranlar şəbəkəsini nazir oğlunun əlindən almaq üçün kompromat savaşı başlanıb



Mətbuat məşhur brendin Bakı ofisinin nəqliyyat nazirinin oğluna aid olmasını üzə çıxarıb. Afn.az bu faktı yazıb.

“KFC”-nin kafesində 3 azyaşlı uşağın zəhərlənməsi nazir Ziya Məmmədovun oğlu Anar Məmmədovdan bu obyektlərin alınması üçün fürsət olub. Onunla rəqabətdə olan bəzi qüvvələr qara piar kampaniyası aparır. Məqsəd restoranı ələ keçirməkdir.

Nazir oğlunun nəzarətində olan restoranlar şəbəkəsi tezliklə əlindən çıxa bilər. Onsuz da kifayət qədər dayaqlarını itirmiş və biznesi çökdürülmüş nazir oğlu bu olaydan sonra “KFC”-ni də təslim etməli olacaq.
Bu bazarın da əl dəyişməsi gerçəkləşsə, nazir oğlunun artıq gücsüz fiqur olduğu aydınlaşacaq. Hələ ki müqavimət göstərən A.Məmmədov atasının əlaqələrini də işə salıb.

Qeyd edək ki, sentyabrın 14-də günorta saatlarında uşaqlar “28 May” metrosu yaxınlığında yerləşən “KFC”-də yemək yeyiblər. Axşam hər 3 uşağın vəziyyəti pisləşib.

Sentyabrın 15-də səhər saatlarında uşaqlar təcili tibbi yardımla xəstəxanaya aparılıblar. Onların vəziyyəti ağırdır. Azərbaycana bu restoranı Anar Məmmədovun “Qarant Holdinq”inə məxsus olan AFK şirkəti gətirib.

Şirkətin saytında bildirilir ki, AFK şirkəti mayın 18-i 2010-cu il tarixində Azərbaycanda biznesin inkişafı və dəstəyi məqsədi ilə ictimai qida sahəsində müxtəlif layihələrin həyata keçirilməsi üçün yaradılıb: “Bizim ilk və böyük layihəmiz KFC restoran şəbəkəsidir”.

KFC-ni quş əti ilə “Qarant Holdinq”in tərkibində olan “Ucar aqro” MMC-nin tərkibində yaradılmış “Quş əti və emalı müəssisəsi” təmin edir.

Politika.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar