Komitəsinin sədri aclıq aksiyası keçirən "Nida"-çıların anaları ilə görüşəcək

22-04-2014, 13:35   
Komitəsinin sədri aclıq aksiyası keçirən "Nida"-çıların anaları ilə görüşəcək
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov "Nida" vətəndaş hərəkatının həbs olunmuş üzvlərinin aclıq aksiyası keçirən anaları ilə görüşəcək. Bu barədə anaxeber.info-a Komitəsinin sədri Elçin Behbudov məlumat verib. O, bildirib ki, “Nida”-çı gənclərin valideynləri ilə görüşəcək və onlardan aclıq aksiyasına son verməklərini istəyəcək:
“Qanunlar var, məhkəmə var. Onlar məhkəməyə müraciət etsinlər. Əgər baxılmayacaqsa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi var. Ora müraciət etsinlər. Yaşlı adamlar niyə sağalamlıqlarına ziyan vururlar? Onları bu addımlarından döndərməyə çalışacam”.
Qeyd edək ki, artıq iki gündür ki, "Nida" vətəndaş hərəkatının həbs olunmuş üzvlərinin anaları aclıq aksiyası keçirilər. Hazırda Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə "Nida"-çı gənclərin işi üzrə məhkəmə keçirilir.
Xatırladaq ki, prokurorun üst-üstə 64 il cəza tələb etdiyi gənclər bu gün məhkəmədə son sözlə çıxış edəcəklər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.