Bəxtiyar Hacıyevin məhkəməsi oldu

22-04-2014, 14:52   
Bəxtiyar Hacıyevin məhkəməsi oldu
Ağır Cinayətlər Məhkəməsində həbsdə olan Nida-çıların işi üzrə keçirilən məhkəmə prosesində saxlanılan gənc fəal Bəxtiyar Hacıyevin məhkəmə prosesi aprelin 24-də davam edəcək. ANS TV-nin məlumatına görə, bu gün səhər saatlarında saxlanılan Bəxtiyar Hacıyevin vəkili məhkəmədə çıxış edib. Vəkil fəal gəncin bərait almasını tələb edib.

Gəncin məhkəmə prosesi aprel ayının 24-də davam edəcək.

Qeyd edək ki, B.Hacıyev öz “Facebook” hesabında saxlanılması barədə bildirib: “Polis gəlib mənə deyirdi ki, gəncləri sakitləşdir. Mən də dedim ki, mənə niyə deyirsiniz, onların rəhbəri deyiləm ki? Biri dedi o qızı tutun aparın, mən də dedim qarşıdurma lazım deyil. Sonra biri kobud danışdı mənimlə, dedi bəs sən kimsən? Dedim vətəndaşam. O dəqiqə də polislər tutub apardılar. Vətəndaş olmağın qadağan olduğunu bilmirdim...”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.