Bakıda içindən tarakan çıxan çörək hansı sexdə bişib?

22-04-2014, 18:44   
Bakıda içindən tarakan çıxan çörək hansı sexdə bişib?
Bakıda mağazadan alınan çörəyin içərisindən həşarat çıxıb. ANS-in əməkdaşları çörəyin alındığı mağazanın yerləşdiyi Bakıxanov qəsəbəsinə gedərək araşdırma aparıb.
Bu qorxunc mənzərə ilə qəsəbə sakini Xanım Həsənovanın sözlərinə görə, tarakanı görəndən sonra ağzına çörək vura bilmir.
Qadını çörəkdən iyrəndirənlər çörək sexinin işçiləridir. Nahar etmək üçün aldığı çörəyin içindən çıxan həşərat X.Həsənovanın iştahasını qaçırmaqla yanaşı, əsəblərini də korlayıb.

Xanım daha sonra əlindəki tarakanlı çörəklə birgə onun alındığı dükana gəlib. Burada həmin çörəyin həqiqətən də bu mağazadan alındığını təsdiqləsələr də, çörəyin hansı sexdən dükana gəldiyini deməkdən imtina ediblər. Əvəzində ona çörəyi sexdən mağazaya daşıyan sürücünün nömrəsini veriblər.

"Siz şükür edin ki, çörəyin içindən tarakan çıxıb". Zəng etdiyi nömrədən kobud cavab alan xanım, bu dəfə bizimlə mağazaya yaxınlaşaraq həmin çörəyin harada bişirildiyini öyrənməyə çalışıb. Amma mağazada bizi görüb heç də xoş hal olmadılar.

Respublika Gigiyena və Epidimologiya Mərkəzindən bildirdilər ki, şikayətçi xanım müraciət etsin ki, tarakanlı çörəyin bişirildiyi sexi tapa bilək. Elə bir müddət bundan əvvəl Nazirlər Kabineti tərəfindən çörəyin satışına dair yeni tələblər müəyyənləşdi. Bu Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydaları”nda öz əksini tapıb. Görünür, indi də onun bişirilməsi qaydalarını özündə əks etdirən yeni qaydalar müəyyən edilməlidir. Yoxsa sabah bu tarakan nə ilə əvəz olunacağını heç kim bilmir.
[media=http://www.youtube.com/watch?v=GC8wt0Hbwjk]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.