Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qalmaqallı “Möhtəşəm Yüzyıl” serialı başa çatdı

12-06-2014, 10:58   
Qalmaqallı “Möhtəşəm Yüzyıl” serialı başa çatdı
Son 2 ildə Türkiyənin rekordlar qıran möhtəşəm yüzil serialı gözlənilən sonluqla başa çatdı. Bu o demək deyil ki, Osmanlı tarixi serialda göstərildiyi kimi olub. Hələ keçən ildən anonslardan da bilinirdi ki, sonluq necə olacaq. Sultan Süleymanın öz oğlunu boğdurması, son bölümlərdə isə Səlimin öz qardaşı Bəyazidi və dörd oğlunu boğdurması, saraydaxili intriqalar Osmanlı tarixinin gözdən salınmasından başqa bir şey deyil. Tarixçilər birmənalı şəkildə söyləyirlər ki, Səlimin, əvvəlcə, dörd körpəsini, ardınca da Bəyazidi boğdurması kimi bir hadisə tarixdə yoxdur, olmayıb, tamamən yalandır.

Onsuz da tarixdən xəbəri olmayan bugünkü Türkiyə gəncliyinin böyük əksəriyyəti o göstərilənləri həqiqət biləcək və Sultan Süleyman adını eşidəndə ağıllarına Xalid Ərgənc gələcək. Son günlərdə istər Türkiyə, istərsə də Azərbaycan mətbuatında Osmanlı sultanlarının vəhşiliyi xüsusi yer tutur. Əlbəttə hər kəs kimi, onlar da xəta eləyiblər, peşman da olublar, tövbə də ediblər, bəzən də elə bu serialda göstərildiyi kimi öz övladlarının qətlinə fərman da veriblər. Amma bu cür qətllər Sasani dövlətində, Səfəvidə, Hindistanda, Çində, xüsusilə Avropa ölkələrində də daha çox və daha qəddar variantlarda olub. Bir həqiqəti də unutmayaq ki, zülmlə idarə olunan dövlət altı əsr ayaqda dura, İslamın bayrağını daşıya bilməzdi.

Səfəvi Osmanlı münasibətlərinə gəldikdə isə, bunu olduğundan daha çox göstərərək Türkiyə Azərbaycan dostluğuna kölgə salmaq da həm türkçülüyə həm də İslama vurulan zərbədir. 20-ci əsrin əvvəllərində Osmanlının dağılması ilə pərakəndə düşən ordusu belə, Anadolunu düşmənlə ölüm-qalım savaşında qoyub, bizə yardıma gəldi. Əgər o gəliş olmasaydı, Qafqaz İslam Ordusu gəlməsəydi, bu günki Azərbaycanı bəlkə də yuxuda görə bilərdik.

Keçmişi düzgün öyrənmək lazımdır ki, gələcəyini düzgün qura biləsən. Əgər biz tarizə baxıb dostumuzu, düşmənimizi ayırd edə bilmiriksə, 31 Martı, 20 Yanvarı yenidən yaşamalıyıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar