İnsanlara iyli toyuq əti satırlar

22-04-2014, 18:59   
İnsanlara iyli toyuq əti satırlar
Sabunçu rayonu, Balaxanı qəsəbəsində keyfiyyətsiz toyuq əti aşkarlanıb.

ANS PRESS-in verdiyi məlumata görə, indi nəinki çörək yediyimiz hər bir qidanın, xüsusilə də ətin keyfiyyətinə baxmalıyıq. Xatırlayırsızsa, hələ bir müddət bundan əvvəl sakinlərə inək adı altında camış, at və eşşək əti də satılırdı. Aparılan tədbirlərdən sonra bunun qarşısı alındı. İndi də toyuq ətilə mübarizə aparılmalıdır, xüsusilə restoran və kafelərdə, həmçinin dönərxanalarda yemək alarkən iki qat diqqətimizi artırmalıyıq.

Qalaq-qalaq yığılan, antisanitar şəraitdə saxlanlan bu keyfiyyətsiz toyuq ətləri Sabunçu rayonu, Balaxanı qəsəbəsində qanunsuz fəaliyyət göstərən sexlərdən birində aşkarlanıb. Bir qrup fərdi sahibkar toyuq ətinin bud hissəsini sümükdən ayıraraq satışa çıxarıb. Sümükdən ayrılmayan digər məhsullar isə içərisi su ilə dolu çirkli vannalarda saxlanılır. Sexdəki qoxu isə baş çatladır, desək yanılmarıq.

Burda demək olar ki, heç bir gigiyenik qaydalara əməl olunmayıb. Çəkiliş zamanı zirzəmidən qaçan bu, pişik də buna əyani sübut idi. Məhsulların bir qismi dövlət baytarlıq xidməti əməkdaşları tərəfindən müsadirə edildi.

Ümumilikdə 1200 kq toyuq ətinin sümükdən ayrılmış hissəsi aşkarlanıb. Bu ətlərin paytaxtdakı kafe və restoranlara paylanıldığı bildirilir.

Sahibkarlarsa sexin qanunsuz fəaliyyət göstərmədiyini və burdakı ətlərin də insan sağlamlığına heç bir ziyan törətmədiyini bildirdilər. Nə var burda çəkirsiz, indi laborator cavabı görərsiz də həmin məhsullardır bunlar.

Bənzər vəziyyət Abşeron rayonunda vətəndaşlardan birinin evində də yaşanırdı. Ev sahibi Canpolad Eyvazov yaşadığı evin həyətyanı sahəsindəki zirzəmidə qanunsuz toyuq əti satışı ilə məşğul olurdu. Burdakı antisanitar şərait də gözümüzdən yayınmadı.

Toyuqların içi-çalatı, bir tərəfdə budu, digər hissələri də bir tərəfdəydi. Özü də yenə çirkli vannalarda. Burdakı ətlər digərlərindən fərqli olaraq farş şəklinə salınmışdı. Yəni ona soğan qatılaraq bir az dadlandırmışdılar. Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova bu cür keyfiyyətsiz məhsulların satışını həyata keçirən işbazlara qarşı inzibati tədbirlərin görülücəyini bildirdi.

Sialə Rüstəmova hər halda tək baytarlıq idarəsinin əməkdaşları deyil, elə digər vətəndaşlar da bu cür işbazların işini içtimai qınağa çevirməlidirlər. Bəlkə bu çür şəxslər insanların sağlamlığına necə zərbə vurduqlarının fərqinə varalar deyə.
[media=http://www.youtube.com/watch?v=xgI9jPPiPDI]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.