Şou biznes nümayəndələri sırasında boşananlar olduğu kimi evlənənlər də artıb.
ANS PRESS-in məlumatına görə, ötən gün daha bir müğənni subaylığın daşını atıb. Qismət yaxınlarını ətrafına toplayıb özünə təntənəli, möhtəşəm toy çaldırıb. Media nümayəndələrinin iştirakı qadağan olunan toy qapalı keçirilib. İfaçı şəxsi həyatının ictimailəşməyinin istəmədiyini bildirib. Qismət açıqlamasında vurğulayıb ki, toy şənliyinin qapalı keçməsini qonaqların və həyat yoldaşının rahatçılığı üçün seçib.
İfaçının şad günündə sənət yoldaşları da onu tək qoymayıblar. Toyda iştirak edənlərin sırasında Elnur Məmmədov, Könül Kərimova, Elçin Hüseynov, prodüser Sultan Mustafayev, bir çox aktyorlar və başqaları olub. Sənətçilər bir birinin ardıyca sevilən mahnılarını səsləndiriblər, bəy və gəlin ilə rəqs ediblər.
Qeyd edək ki, Qismət həyat yoldaşı barədə danışarkən onu özünün seçib sevdiyini bildirib.