Adı nurçularla əlaqədə hallandırılan Prezident Administrasiyasının (PA) sabiq şöbə müdiri Elnur Aslanov indi də Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıqda ittiham edilir. Elnur Aslanov vəzifəsindən azad ediləndən sonra “Xəbərçi"yə ilk açıqlamasında barəsində səslənən ittihamlara cavab verib.
Araşdırmaçı-jurnalist Eynulla Fətullayevin rəhbəri olduğu virtualaz.org və haqqin.az saytları bu dəfə Elnur Aslanovu - Prezident Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq rəhbərini ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə işləməkdə günahlandırıb. Daha doğrusu, MKİ-nin kölgəsi kimi tanınan “Stratfor” özəl kəşfiyyat strukturu ilə Elnur Aslanovun sıx təmasları və qeyri-leqal əməkdaşlığına diqqət çəkib. Sayt Elnur Aslanovun elektron poçtundan Vaşinqtona göndərilən məktubun skrinşotunu da yayıb.
Yazıda sözügedən təşkilatın Reve Bella adlı xanım əməkdaşının 2011-cu ilin payızında Bakıda olarkən Elnur Aslanovla sıx təmaslarından, Prezident Aparatındakı kabinetində onunla görüşdüyündən danışılır. Araşdırma müəlilfinin ortaya qoyduğu yazışmalar fonunda son qənaəti isə belədir. Vaşinqtondan olan özəl kəşfiyyat agentləri Azərbaycana təkcə ölkə rəhbərliyi barədə məxfi informasiyalar toplamağa yox, həm də fətullahçıların işini təftiş etmək, effektivliliyi qiymətləndirmək üçün gəliblər.
Baxın, bu da yazışmanın prinskrini. Bəli, əslində məsələdə maraq doğuran məqam da budur. Elnur Aslanov dövlətdə mühüm post tutmuş məmur olub və bu gün vəzifədən getdikdən sonra onun yazışmaları necə olur ki, bir jurnalistin əlinə keçir? İkincisi, burada dövlətin nüfuz məsələsi də var axı. Həmin məntiqlə vəzifədən gedən hər bir məmurun yazışmaları bir jurnalistin araşdırma predmeti olsa, dövlətdə sirr qalmaz ki...
Düzdür, burada söhbət nə dövlət sirrindən, nə də ümumiyyətlə, Elnur Aslanovun xidməti elektron ünvanından gedir. Söhbət sabiq şöbə müdirinin şəxsi e-mail adresindən gedir ki, onun da hələ sübuta ehtiyacı var. Hər halda İKT üzrə ekspert Cahid İsmayıloğlu belə düşünür.
Cahid İsmayıloğlunun sözlərinə görə, orada əsasən şəxsi e-mail adresindən istifadə olunub: “Şəxsən Amerikadan aldığı görünür, yadından çıxıb, bu dövlət məmurunun şəxsi e-mail adresindən söhbət gedir. İkincisi, həqiqətən də e-mail adresində sübut fotoşopdan istifadə etməklə həmin şəkilləri ora qoymaq mümkündür. Texniki cəhətdən e-mail adresindən götürüldüyü başqa texniki prinskrin həqiqətən də sübut hesab oluna bilməz".
Elnur Aslanov isə vəzifədən getdikdən sonra barəsində deyilənləri həmişə sükutla qarşılayıb. Bu gün (aprelin 22-də-red.) onun işlədiyi Rabitə və Yüksək Texnologiyalar Nazirliynə də məhz bu sükutun pozulacağı ümidi ilə getdik. Elnur Aslanov bizi də, elə sualımızı da səmimi qarşıladı. Amma müsahibə verməyə niyyəti olmadığını bildirdi.
PA-nın sabiq şöbə müdiri Elnur Aslanov dedi ki, hər şey yaxşı olacaq.
"Hər şey yaxşı olacaq" cavabında nə gizləndiyini əlbəttə, Elnur Aslanov özü bilir. Amma belə təcrübələr heç də hər şeyin yaxşı olacağına işarə deyil. Əksinə, bu, dövlətin və dövlət məmurlarının informasiya təhlükəsizliyi məsələsini gündəmə gətirir ki, bu da onları əlbəttə ki, qayğılandırmalıdır (ANS TV).
[media=http://www.youtube.com/watch?v=869L3zL9wWQ]