Dövlətə maliyyə hesabatı verməyən məmurlar və övladları- (Siyahı)

23-04-2014, 11:57   
Dövlətə maliyyə hesabatı verməyən məmurlar və övladları
Azərbaycanda aparıcı idman federasiyalarına müxtəlif məmurların başçılıq etdiyi çoxdan məlumdur.

Elə idman federasiyalarının saytlarına baxanda da həmin məmur-oliqarxlar internet istifadəçilərini “salamlayır”. Lakin həmin məmur-oliqarxlar, yaxud onların qohumları nədənsə dövlətin maliyyə hesabatlarını vermək məsələsində məsuliyyətsizlik ediblər.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, bir neçə gün öncə Maliyyə Nazirliyindən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına QHT-lərin illik maliyyə hesabatlarını gecikdirməsi ilə bağlı məktub daxil olub. Maliyyə Nazirliyi məktubda Nazirlər Kabinetinin 25 dekabr, 2009-cu il tarixli, 201 saylı qərarına uyğun olaraq 1 aprel, 2014-cü il tarixədək illik maliyyə hesabatını təqdim etməyən 1695 QHT-nin adını Şuraya təqdim edib.

Şura adı siyahıda qeyd olunan bütün QHT-ləri illik maliyyə hesabatlarını 30 aprel, 2014-cü il tarixədək müvafiq dövlət orqanlarına göndərməyə çağırıb.

Maliyyə Nazirliyinin bu günlərdə xəbərdarlıq etdiyi qurumların arasında indiki və sabiq məmurların və onların yaxın qohumlarının da adları var. Məsələn, siyahıda ARDNŞ prezidenti Rövnəq Abdullayevin rəhbəri olduğu AFFA-dan tutmuş prezidenti sabiq iqtisadi inkişaf naziri Heydər Babayev olan Həndbol Federasiyasına qədər adlara rast gəlmək olar.

Siyahıda adı olmayan Voleybol Federasiyasının (prezidenti nəqliyyat naziri Ziya Məmmədovdur) belə demək mümkünsə, əvəzinə Qolf Federasiyası (prezidenti Ziya Məmmədovun oğlu Anar Məmmədovdur) yer alıb..



Beləliklə, maliyyə hesabatı verməyən məmur, məmur qohumları və sabiq məmurların tam siyahısı belədir:

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (prezidenti deputat, ARDNŞ prezidenti Rövnəq Abdullayevdir)

Azərbaycan Üzgüçülük Federasiyası (prezidenti deputat Xanlar Fətiyevdir)

Azərbaycan Respublikasının İdman Rəqsləri Federasiyası (prezidenti gənclər və idman naziri Azad Rəhimovun qardaşı, iş adamı Murad Rəhimovdur)

Azərbaycan Kikboksinq Federasiyası (prezidenti deputat Adil Əliyevdir)



Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (prezidenti əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimovdur)

Azərbaycan Cüdo Federasiyası (prezidenti sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovdur)

Azərbaycan Dama Federasiyası (prezidenti “Space” teleradio şirkətinin prezidenti Vaqif Mustafayev, vitse-prezidenti Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovdur)

Azərbaycan Qolf Federasiyası (prezidenti nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur)

Azərbaycan Həndbol Federasiyası (prezidenti sabiq iqtisadi inkişaf naziri Heydər Babayevdir)

Azərbaycan Stolüstü Tennis Federasiyası (prezidenti baş nazirin müavini İsmət Abbasovdur)



Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (prezidenti ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovdur).
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.