Rusların Ukraynada iyrənc təxribatının üstü açıldı

23-04-2014, 12:17   
Rusların Ukraynada iyrənc təxribatının üstü açıldı
Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində Ukrayna ordusuna məxsus zirehli transportyorun mülki avtomobilin üstündən keçməsi ilə bağlı məlumat yayılıb. “Axar.az” xəbər verir ki, xəbər və foto “Russkiy Mariupol” adlı rəsmi səhifə tərəfindən yayımlanıb. Amma Ukrayna mətbuatının apardığı araşdırmalardan sonra xəbər və fotonun rusların iyrənc təxribatı olduğu üzə çıxıb. Məlum olub ki, foto 2008-ci ildə rus hərbçilərinin idarə etdiyi zirehli transportyorun mülki avtomobili əzərək çeçen vətəndaşını öldürdüyü zaman çəkilib. Qeyd edək ki, artıq bir neçə dəfədir ki, rus propaqandası Ukraynada bu cür təxribatlar hazırlamaqla məşğuldur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.