Yəmən və ABŞ ordusu ölkədəki "Əl-Qaidə" qüvvələrini məhv etmək üçün böyük əməliyyatlar başladıb.
Yəmən Daxili İşlər Nazirliyinin açıqlamasında ölkədə olan "Əl-Qaidə" qüvvələrini məhv etmək üçün təşkil edilən əməliyyatlarda çoxlu silahlı müavimətçinin öldürüldüyü bildirilib. Digər tərəfdən, Yəmən “Əl-Qaidə"si Amerika üçün casusuluq edən 3 adam tutduqlarını iddia edib. Edilən açıqlamada casusluq edib siqnallar vasitəsi ilə yerləri müəyyənləşdirib ABŞ-a məlumat verən bir təhlükəsizlik işçisini öldürdüklərini digər ikisini əsir götürdüklərini bildiriblər.