Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Elton Məmmədovun digər oğlunun da videosu yayıldı

23-04-2014, 12:22   
Elton Məmmədovun digər oğlunun da videosu yayıldı
Oxuculardan biri Musavat.com-a Bakıdakı şosselərdən birində bahalı avtomobillərin yarışının əks olunduğu videoçarx göndərib. Videoda avtomobillərin çox sürətlə hərəkət etdiyi görünür. Hətta, bəzi vaxtlarda sürət saatda 260 kilometrə qədər çatır.

Videonu redaksiyamıza göndərən oxucu iddia edir ki, videoda dövlət nömrə nişanı (10-AZ-458) aydın şəkildə görünən "Mersedes S class" avtomobili nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Elnura məxsusdur.

Qeyd edək ki, video YouTube portalına ötən ilin noyabrında yüklənib.

İki gün əvvəl Elton Məmmədovun digər oğlu - Aynar Məmmədovun da “avtoş”luq görüntüləri yayılmışdı. Lakin nəqliyyat nazirinin qardaşı həmin avtomobilin onun oğluna məxsus olmadığını bildirmişdi.
[media=http://www.youtube.com/watch?v=pOR1jiuUVD8]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar