Bu gün səhər saatlarından etibarən haqqın.az saytının serverinə güclü DDOS hücumlar başlayıb. Nəticədə saytın işi dayanıb. Saytın texniki personalının bildirdiyinə görə hazırda hücumun hansı istiqamətdən edildiyi araşdırılır.
İT mütəxəssisləri DDOS hücumları ilə bağlı saytda yaranmış texniki problemi aradan qaldırmaq üçün çalışırlar. Sayta hücumun motivləri və hansı qüvvələr tərəfindən təşkil oluna biləcəyi barədə hər hansı versiya yoxdur.
Qeyd edək ki, haqqın.az saytı son vaxtlar bir-birinin qardınca qalmaqallı araşdırmalarla çıxış edib.