Nazir nurçu olmadığını dedi

23-04-2014, 13:32   
Nazir nurçu olmadığını dedi
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov adının "nurçular"la bağlı məsələdə hallanmasına aydınlıq gətirib. A.Rəhimov bu gün keçirilən mətbuat konfransında "nurçular"la heç bir əlaqəsinin olmadığını bildirib: ""Nurçuluq" nədir, heç mən onu bilmirəm. Onu mənə başa salsınlar, sonra danışım. Mənim bu cərəyanla əlaqəm yoxdur". Nazir Bakıda Avropa Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı tikilən obyektlərə görə ağacların kəsilməsini də düzgün saymayıb: "Bunu deyənlər, yazanlar sanki Bakıda yaşamırlar. Çünki gəlin bir nəzər salaq. Bakıda olan bəzi tikililər var ki, orada ağaclar təmir işlərinə görə kəsilir və yenidən əkilir. Hansı tikiliyə görə ağac kəsilib ki? Ona görə də təklif edirəm ki, nəyisə yazmazdan öncə bir təhlil etmək lazımdır. Düşünürəm ki, bunu yaymaqla ya qərəzli mövqe nümayiş etdirirlər, ya da qeyri-peşəkar jurnalistlər bunu yazırlar". A.Rəhimovun sözlərinə görə, gənclərin ictimai fəallığının yüksəlməsi üçün gənclərlə bağlı qeyri-hökumət təşkilatlarının sayı artmalıdır. Nazir deyib ki, 10 il ərzində gənclər təşkilatlarının sayı təxminən 5 dəfə artaraq 51-dən 250-yə qədər yüksəlib. Son il ərzində xüsusilə rayonlarda gənclər QHT-lərinin sayında artım nəzərə çarpır. A.Rəhimov bildirib ki, ötən il gənclər təşkilatlarına 137 layihə üçün 5.540.991,40 manat ayrılıb
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.