Türkiyə ermənilərin ölkəyə girişini çətinləşdirir

23-04-2014, 13:46   
Türkiyə ermənilərin ölkəyə girişini çətinləşdirir
Türkiyə Ermənistan vətəndaşları üçün vizanın qiymətini qaldırıb. Məlumata görə, Türkiyə Ermənistan vətəndaşları üçün vizanın qiymətini 15 dollardan 25 dollara qaldırıb. Bu barədə Türkiyə ərazisində yerləşən sərhəd-keçid məntəqəsinin viza bölməsinin əməkdaşı bildirib. Onun sözlərinə görə, aprel ayının 14-dən Türkiyəyə getmək istəyən Ermənistan vətəndaşları üçün vizanın qiyməti 10 dollara qədər artırılıb. Qeyd edək ki, Türkiyə sərhədində Ermənistan vətəndaşlarına viza 30 günlüyə verilir. Ötən il Türkiyəyə 73 365, 2012-ci ildə isə 70956 erməni gedib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.