Putin Şimal qütbünə hücum əmri verdi

23-04-2014, 14:00   
Putin Şimal qütbünə hücum əmri verdi
Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasını toplayaraq hökumətə Arktikanın fəthi üçün hərəkətə keçməyi tapşırıb.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Putin Rusiyanın Arktika zonasının inkişafına dair xüsusi proqram hazırlanmalı olduğunu deyib. Həmçinin o, Rusiyanın Arktika hüdudlarının daha etibarlı mühafizə olunmasını tapşırıb.

Putinin sözlərinə görə, Arktika Rusiyanın xüsusi maraq sferası olaraq qalır: "Burada milli təhlükəsizliyin praktiki olaraq bütün aspektləri cəmlənib - hərbi-siyasi, iqtisadi, texnoloji, ekolojo, resurslar...”

Rusiya prezidenti Arktikanın təbii resursları barədə geniş danışıb və deyib ki, Rusiyanın buzlu qitədəki kontinental şelfində cəmlənən yanacaq-enerji ehtiyatlarının həcmi ekspert hesablamalarına görə, 1,6 trilyon tondur. Ümumilikdə Rusiyanın Arktika zonasında dünyanın bütün kömür-mineral ehtiyatlarının dörddə biri cəmlənib.

Putin hökumətə "Rusiyanın Arktika zonasının sosial-iqtisadi inkişafnın hərtərəfli maliyyələşdirilməsi” üçün 2020-ci ilə qədər olan dövlət proqramını işləyib hazırlamağı tapşırıb. Bu proqram 2017-ci ildən başlamalıdır.

Rusiya dövlət başçısı deyib ki, dünyanın Arktika regionuna diqqəti artır. Bu regionda həm arktikyanı ölkələrin, həm də digər güc mərkəzlərinin maraqları tez-tez toqquşur. Onun sözlərinə görə, hazırda dünyada qeyri-sabit vəziyyət hökm sürür. Ona görə də Rusiyanın Arktikadakı maraqları təhlükə altında qala bilər.

"Belə vəziyyətdə biz partnyorlarımızdan geri qalmamaq, regiondakı maraqlarımızı qorumaq və tərəfdaşlarımızı qabaqlamaq üçün tədbirlər işləyib hazırlamalıyıq” - deyə o bildirib.

Putin Arktika siyasətini həyata keçirmək üçün vahid mərkəz yaradılmalı olduğunu da deyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.