Əyricə kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbulu keçrilib

1-05-2019, 19:36   




Əyricə kəndində Rayon İcra Hakmiyyətinin səyyar qəbul keçrilib

Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək Respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Nəcəfqulubəyli kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Yeni Əyricə  kənd    inzibati ərazi dairəsinin  əhatə etdiyi bütün kəndlər qazlaşdırılmışdır.  Əyricə kəndində son illər kəndaxili 6 km yollar qum-çınqılla əsaslı təmir edilmiş, Yeni Əyricə-Əyricə yolunun Tərtər çayı üzərigə körpüsü tikilmiş, Yeni Əyricə kənd yolunun Əyricə kənd tam orta məktəbionə qədər olan 2 km hissəsi asfalt-betonla inşa edilmiş, kənddə içməli su üçün su qülləsi quraşdırılmış, küçələrdə 4 bulaq tikilmiş, kəndin elektrik şəbəkəsinin yarıdan çoxu kabelləşdirilmiş, kənd tam orta məktəbi üçün 1500 metrdən içməli su çəkilmiş, 2 km açıq dren-kanallar lildən təmizlənmış, kənd vaxtaşırı məişət tullantılarından təmizlənir.

2018-ci ildə Əyricə kəndində 39 hektar sahədə pambıq əkilmiş, orta hesabla hət hektardan 28 sentner olmaqla 109,2 ton pambıq istehsal edilmişdir. 2019-cu ildə kənddə 42 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuş, artıq pambıq səpini başa çatmışdır. Son illər Əyricə kəndində 11000 ədəd, o cümlədən 8500 ədəd yerli və 2500 ədəd xaricdən gətirilmiş çəkil tingi əkilmişdir.

Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Rafiq Məmmədov kənd tam orta məktəbinin əsaslı təmiri, Siyatel Hüseynova içməli su çəninin bərpa edilməsi, Məhərrəm Vahidov kəndin elektrik şəbəkəsinin yenidən qurulmasının başa çatdırılması, Rəhbər Məmmədov kəndin kənarından keçən su arxının lildən təmizlənməsi, Kifayət Əlişova işlə təmin, Qönçə Səmədova evlə təmin, Telman Hüseynov pay torpağının kənarında olan çəkl ağacının budanmasına köməklik göstərilməsi barədə müraciət etmişlər.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir. Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.

 


Sosial şəbəkədə paylaş

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.