Azərbaycan mediasının hər zaman diqqətdə saxladığı məsələlərdən biri də təhsil sistemi ilə bağlıdır. Azərbaycan təhsilində baş verən neqativ hadisələr, eyni zamanda uğurlu islahatlar dördüncü hakimiyyətin xüssusi maraq dairəsində olub. Onu da bildirək ki, istər orta, istərsə də ali məktəblərdəki problemlərə bir çox hallarda Təhsil Nazirliyi, yaxud aidiyyatı qurumlar tərəfindən reaksiya verilib və lazımi tədbirlər görülüb. Bu baxımdan medianın təhsil sistemi ilə bağlı tənqidi materiallarının nəticə effetivliyini qeyd etmək vacibdir. Amma bu tənqid yerində və düzgün olduqda. Təəssüf ki, bəzən bu kimi tənqidlər həqiqətdən uzaq və qərəzli xarakter daşıyır. Son vaxtlar müəmmalı şəkildə hədəfə alınan Cəlilabad Təhsil Şöbəsi və onun müdiri Qərənfil Əhmədova haqda dərc olunan yazıları da bu sıraya aid etmək olar.
Bir qədər obrazlı ifadə etsək son vaxtlar Cəlilabad Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova barəsində dərc olunan yazıların ümumi sayı ölkənin ictimai-siyasi həyatında mühüm yer alan məqamlar haqda xəbər və təhlillərin sayından bəlkə də çoxdur. Bu yazılar əvvəldən axıra reallığı əks etdirsəydi belə bir rayon təhsil rəhbərinin bu qədər “diqqət” və “hədəf mərkəzi”nə çevrilməsinin özü xeyli suallara yol açır. Yuxarıda da qeyd etdiyimiz kimi, yaxın keçmişimiz hər hansı bir məktəb direktoru, təhsil şöbəsinin müdiri və ya digər bir təhsl adamının fəaliyyəti ilə bağlı real faktlara söykənən tənqidə operativ reaksiyanın və həmin şəxsin cəzalandırılması ilə zəngindir. Belə olan halda, bu qədər dərc olunan yazılar Maliyyə Nazirliyi, Hesablama Palatası, Təhsil Nazirliyi, Cəlilabad rayon icra hakimiyyətini rayon təhsilində ciddi yoxlamalar aparmasına rəvac verərdi. Əgər dövlət orqanları məktəbin fəaliyyəti ilə bağlı dərc olunanları əsassız sayaraq hər hansı tədbir görmürsə, yoxlamaya ehtiyac duymursa, demək nəticə olaraq Cəlilabad Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədovanin təhsil sistemindəki fəaliyyətini qənaətbəxş hesab edirsə, dərc olunan yazıların nə dərəcədə reallığı əks etdirdiyi haqda təəssürat yaranır. Beləliklə yazılarda əks olunan əsassız ittihamlar, yalanları məhkəmə predmeti yaradır və təəssüf ki, xanım müdirin media ilə hüquqi müstəvidə mübarizə aparmasına yol açır. Buna baxmayaraq, təhsil şöbəsinin müdiri humanist davranır, məhkəməyə üz tutmur. Ona çamur, çirkab atanlar, böhtan yazanlar isə dayanmaq, susmaq bilmirlər. Son olaraq isə əslində heç bir ciddi mahiyyət kəsb etməyən audio yazı ilə ara qarışdırmaq istəyirlər. Əvvəla, gizli səsyazısıAzərbaycan qanunvericiliyi ilə məsuliyyət yaradır, rəsmiyyətdən kənar bir xanımın səsinin gizli yazılması Azərbaycan mentalitetinə də ziddir, və nəhayət bu çıxışda xüsusi ifşaedici heç bir məqam yoxdur.
Ancaq bütün bunlara baxmayaraq Cəlilabad Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədovaonu gözümçıxdıya salanlar əsassız, qeyri-peşəkar məqalələr yazmaqdan yorulmayıblar. Gah onun rüşvət yığmaqda ittiham edirlər, gah müəllimlərlə qarşıdurmada olduğunu yazırlar, gah da onun yüksək səviyyədə himayə olunduğunu tirajlayırlar. Amma Təhsil Nazirliyinə və yerli rəhbərliyə tabe olan Q.Əhmədova tam şəffaf mühit yaradıb, öz fəaliyyətini davam etdirir, heç kimə qeyri-qanuni tələb irəli sürmür. Cəlilabad təhsilində artıq qısa müddətdə irəliləyişlər hiss olunur. Buna görə də Q.Əhmədovanı ittiham edən saytlar peşəkar araşdırma aparsan, qarşı tərəfin mövqeyini öyrənmək prinsipinə əməl eləsin, reportaj hazırlamaq üçün nazirlikdən rəsmi icazə alıb rayon təhsilindəki şəraitlə tanış olsun. Onu şər-böhtan məngənəsinə salanlar, bu iftira burulğanında saxlayanların hansı məqsəd güddüyü aydın deyil. Lakin bir qadına, bir müəllimə bu qədər ittiham irəli sürmək, barəsində fakta söykənməyən məlumatlar yaymaq, guya sensasiya xarakterli olduğu rəyi formalaşdırmaq cəhdləri xoşagələn hal deyil. Yaxşı oalr ki, Q.Əhmədovadan soruşsunlar, konkret hansı problemlərin olduğu, hansı şikayətlərin gəldiyini desinlər, valideynləri, müəllimləri nələrin narahat etdiyini bildirsinlər. Bəlkə doğurdan da onun xəbəri olmadan hansısa qanunsuzluğa yol verən, kimisə incidən bir təhsil nümayəndəsi olub? İş olan yerdə çatışmazlıq, nöqsan təbiidir, tənqid istisna deyil. Əsas problemləri görmək və həll etməkdir. Ancaq təhsil şöbəsinin müdirindən yazanlar bunların heç birini göstərmir, sadəcə onun pul yığdırması, kimlərəsə bağlı olması haqda ağız-ağız gəzən, boş söhbətləri yazırlar. Pul yığımı varsa konkret şikayətçi olmalıdır, kiməsə təzyiq göstərir, hədə-qorxu gələrək hansısa məmurun onun arxasında dayandığını söyləyirsə, yenə də konkret şikayətçi olmalıdır.