Xocalıdan məcburi köçkün Səfər Cavadov sosial şəbəkə vasitəsi ilə ölkə başçısı İlham Əliyevə müraciət edib. ”Reportyor.info” xəbər verir ki, Xocalı köçkünü müraciətində Cəlilabad rayon prokuroru Tariel Ələkbərovdan şikayətini bildirib. S.Cavadov rayon prokuroru Tariel Ələkbərovu rüşvətxorluqda ittiham edib. Köçkün qeyd edib ki, prokuror onu öldürtmək istəyir. Onun sözlərinə görə, dəfələrlə qanunsuz əməlləri ilə bağlı müraciət etsə də, baxan yoxdur. “Rayon prokuroru açıq – aşkar deyir ki, mənə heç nə edə bilməzsiniz, arxamda hansısa general dayanır”, – deyə köçkün bildirib. Sözügedən videomüraciəti ətraflı, daha geniş formatda təqdim edirik: