Şahin Sultanov ordudan xidməti uyğunsuzluğa görə tərxis olunub
Ötən ay Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilən Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, vitse-admiral Şahin Sultanovun həbs olunması ilə bağlı redaksiyamıza məlumat daxil olub.“Qafqazinfo” xəbər verir ki, eks-komandan Şahin Sultanovun dünən saxlanıldığı bildirilir.
Qeyd edək ki, Şahin Sultanov ordudan xidməti uyğunsuzluğa görə tərxis olunub.
Xatırladaq ki, Zakir Həsənov Müdafiə naziri postuna təyin olunduqdan sonra HDQ-da daxili yoxlamalar aparılıb və ciddi nöqsanlar aşkar olunmuşdu.