Bərdə "XANI" da yola salınır

1-10-2019, 11:42   
 
İcra başçılarının dəyişdirilməsi prosesi Ağsu rayonu ilə məhdudlaşmaya bilər. Dəyişikliklərinin başqa rayonları da əhatə edəcəyi barədə ehtimallar səsləndirilir. Bu sırada ilk olaraq Bərdənin icra başçısı Vidadi İsayevin adı gəlir. Vidadi İsayev 2011-ci ildən Bərdənin icra başçısı vəzifəsində çalışır. Bundan əvvəl Tərtər rayonunun icra başçısı olan Vidadi İsayevin Bərdədəki fəaliyyəti rayonda ciddi narazılıqlar yaradıb. Bu gün ən çox şikayətlər məhz Bərdə rayonundandır. Mediada Vidadi İsayevin qanunsuz əməlləri barədə çoxsaylı materiallara rast gəlinir. Bu materiallar hansısa naməlum mənbəyə deyil, konklret şəxslərə istinadən hazırlanıb və bu günə qədər oradakı materiallar təkzib edilməyib.  “O, nə vətəndaşları qəbul edir, nə şikayətləri dinləyir, nə də məcburi köçkünlərə, şəhid ailələrini sayır. İnsanlara yuxarıdan aşağı baxır.Bir müddət əvvəl şəhid xanımı Yasəmən İsmayılovanın mətbuatda müraciəti yayılmışdı. Şəhid xanımı Vidadi İsayevin qəbuluna düşmək istəyirmiş, əvəzində başçı onu qapıdan qovdurmuşdu, polisə şikayət etmişdi. Başqa bir şəhid ailəsi - Bəxtiyar Qurbanov dəfələrlə müraciət edib, amma qəbuluna düşə bilməyib.Cənab prezident, yalvarıram, məni və bərdəliləri Vidadi İsayev zülmündən qurtarın”,- şəhid ailəsi yazıb. İnternet resurslarında Vidadi İsayevlə bağlı oxşar müraciətlər çoxdur.  Bu müraciətlərdə icra başçısı ciddi sosial narazılığa səbəb olan əməllərdə ittiham edilir. Bərdə Rayon İcra Hakimiyyəti bütün bunlar barədə susub. Hazırda bütövlükdə ölkədə narazılığın olduğu bir dönəmdə Vidadi İsayevin icra başçısı kimi fəaliyyətini davam etdirməsi hakimiyyətin maraqları üst-üstə düşmür. Hökumət ən müxtəlif layihələrlə sosial narazılığın pik həddinə çatmasının qarşısını almağa çalışır. Əmək haqları, pensiyalar artırlır, vətəndaşların şikayət və müraciətlərinə əvvəlki illərə nisbətən daha reaksiyalar verilir və s. Belə bir vəziyyətdə Vidadi İsayev kimi məmurların faəliyyəti ani sosial partlayışı şərtləndirə bilər. Hökumətdə bunun fərqindədirlər. İcra başçılarının dəyişdirilməsi prosesinə də buna görə start verildiyi ehtimal olunur. Bu prorseslərdə isə adətən əhalinin daha çox narazılıq etdiyi məmurlar yola salınır.ANAXEBER.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.