Kosmosa yollanan müsəlman astronavtın başı böyüyüb

3-10-2019, 11:19   

Kosmos, Yer kürəsi, planet

Müsəlman aləmində ilk dəfə kosmosa yollanmaqla fərqlənən Hazza əl-Mənsuri orada ciddi problemlə üzləşib. Birləşmiş Ərəb Əmirliklərindən olan kosmonavt başının böyüdüyünü deyir.


Bizimyol.info xəbər verir ki, Hazza əl-Mənsuri qoxu hissinin itdiyini də iddia edir. Ərəb astronavt başının ölçüsünün dəyişməsinin ona ciddi narahatlıq yaratdığını bildirir.

Rusiya tibbi-bioloji institutunun rəhbər işçilərindən olan İrina Larinanın fikrincə, narahatlığa əsas yoxdur. Onun dediyinə görə, kosmosa yeni yollanan astronavtlar üçün xarakterik dəyişiklik baş verir.

“Bu, bədənin ortasından yuxarıda yerləşən toxuma və orqanların şişməsi kimidir. Qan daxil olmaqla bütün mayelər sıfır çəkidə ağırlığını itirir”, - Larina dəyişikliyi belə izah edib.

Əl-Mənsuri Beynəlxalq Kosmik Stansiyaya sentyabrın 25-də rus Oleq Skripoçka və amerikalı Cessika Meirlə yola düşüb. Hazza orada çox qalmayacaq, artıq oktyabrın 3-də Yer kürəsinə qayıtmalıdır. Əl-Mənsuri geri tamam başqa iki kosmonavtla dönəcək.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.