Keçmiş üsyançı çeçen komandirinin Berlində bir parkda güllələnməsi bir çox almanı sarsıdıb və qəzəbləndirib.
Komandirin Rusiyanın dəstəklədiyi qatil olduğundan şübhələnilən bir şəxsin əli ilə öldürüldüyü bildirilir.
Zelimkhan Khangoshvili adlı çeçen döyüşçü avqust ayında gündüz vaxtı başından vurulub.
Almaniyanın ən yüksək rütbəli prokuroru hesab edir ki, sübutlar qətlin ya Rusiya, ya da Çeçenistan Respublikası tərəfindən sifariş edildiyini göstərir.
Həbsdə qətldən bir müddət əvvəl Rusiyadan səyahət edən bir şübhəli var.
Kansler Angela Merkel səs-küylü ictimai çıxışları ilə tanınmır.
Onun hökuməti cinayətlə əlaqədar iki rus diplomatını ölkədən xaric ettsə də, çərşənbə günü Londonda keçirilən NATO sammitinin sonunda jurnalistlərin suallarını cavablandırarkən onun təmkinli olmağının başqa səbəbləri də ola bilər.
Onun sözlərinə görə, gələn həftə Parisdə Rusiya prezidenti Vladimir Putinlə görüşəndə bu məsələni qaldırmağı planlaşdırır.
Diplomatların xaric edilməsi Rusiyanın davam edən istintaqa kömək etməkdən imtina etməsinə cavab idi, Merkel deyib.
Berlin qətlinə dair açıqlamalar həssas zamanda gəlir.
İki liderin bazar ertəsi günü Fransa və Ukrayna prezidentləri ilə birlikdə Ukraynanın şərqindəki münaqişəni həll etmək üçün görüşəcəyi bildirilir.
Bu günə qədər bu məsələdə az irəliləyiş var. Üç ildə ilk dəfədir ki, tərəflər Normandiya formatı çərçivəsində görüşməyə razılıq verirlər.
Bu formata Fransanın keçmiş prezidenti François Hollande ilə birlikdə təşəbbüs edən xanım Merkel uğurlu bir nəticə əldə etmək istəyir.
Çoxları Berlin qətl hadisəsini İngiltərədəki 2018-ci ilin mart ayında Skripal zəhərlənməsi hadisəsi ilə müqayisə edir. O vaxt sabiq ikili kəşfiyyat əməkdaşı Sergey Skripal və onun qızı Yuliaya qarşı sinir-əsəb maddəsi ilə hücum edilmişdi. 44 yaşlı qadın sinir-əsəb maddəsi ilə təmasa girdikdən sonra ölüb.
Ancaq Almaniyada Rusiyaya qarşı hərəkətə keçmək üçün çağırışlar İngiltərədəkindən çox daha səssizdir.
Məsələn Angela Merkelin partiyasından millət vəkili olan Roderick Kiesewetter Rusiyanı Almaniyanın araşdırmalarına kömək etməkdən imtina etməsinə görə qınayıb. Ancaq eyni zamanda gərginlik gözləmədiyini və hər iki ölkənin "münasib münasibətləri davam etdirəcəyini" söyləyib.
Bir qədər ölçülüb-biçilən cavab qismən Angela Merkelin liderlik tərzinə bağlıdır. Ancaq bu, ziddiyyətli olduğu qədər mürəkkəb olan Berlin ilə Moskva arasındakı münasibətlərlə də əlaqəlidir.
Məsələn, xanım Merkel Rusiyanın 2014-cü il Krımı ilhaq etməsini qınamaqda tələsmişdi və Avropa İttifaqının Moskvaya qarşı sanksiyalarını müdafiə etmişdi.
Ancaq o, həm ölkəsində, həm də başqa yerlərdə qərara müxalif olanların mövcudluğuna baxmayaraq, Avropaya Almaniya vasitəsilə gələn Rus qazının miqdarını iki qat artıracaq Nord Axını 2 boru kəmərinin həyata keçirilməsinə nail olub.
Üst-üstə düşən tarixləri ilə bir-birini əhatə edən Almaniya və Rusiya müəyyən mənada - iqtisadi, coğrafi və sosial baxımdan yaxındır.
Minlərlə alman şirkəti Rusiya ilə iş görür və ticarətə zərər verməsi iddiası ilə sanksiyaların əleyhinə çıxış edirlər.
Son soğuya görə, hər üç almandan birinin Rusiyaya müsbət yanaşdığı məlum olub. Ölkənin köhnə şərqində bir vaxtlar Sovet hakimiyyətinin nəzarətində olan Alman Demokratik Respublikasınnın indiki ərazisində isə bu rəqəm daha yüksəkdir.
Angela Merkel və Vladimir Putin bu ortaq tarixin məhsuludur.
O vaxtlar gənc KGB zabiti, indiki Rusiya prezidenti Angela Merkelin gənc bir alim kimi karyerasını qurduğu Drezdendə yerləşdirilmişdi. Putin bir az alman dilində bilir, Merkel isə bir az rusca bilir.
Merkel-in itlərdən qorxduğunu bilən cənab Putinin Alman kansleri ilə görüşlərindən birində otağa qara labradorun girməsinə icazə verməsindən 12 il keçir.
Bu günlərdə Putinin özü kimi qitənin ən uzun müddətdir fəaliyyət göstərən liderlərindən birinə çevrilmiş Alman kanslerinə hörmət bəslədiyi deyilir. Alman kanslerinin Qərbin Rusiya lideri ilə həmsöhbəti kimi bir nüfuzu ortaya çıxıb.
Xanım Merkel-in Rusiya prezidenti ilə üzləşməsi ilk dəfə deyil.
Onun Berlin parkındakı qətllə bağlı suallarına cavab alacağını çox az adam gözləyir.
Ancaq xanım Merkel bilir ki, bu görüş Aİ-nin özünün Rusiya ilə gələcək münasibətlərini necə quracağına dair əmin olmadığı vaxta təsadüf edir. Vladimir Putin də bunu bilir.