Bizə işıq verin!

10-07-2014, 16:02   
Bizə işıq verin!Ötən yaxın keçmişə baxanda Azərbaycanda elektrik enerjisi sahəsində müəyyən irəliləyişlər olub. Daha işıq saatla verilmir, sayğaclaşma demək olar, başa çatıb və s. Amma bu o demək deyil ki, elektrik enerjisi sahəsində problemlər yoxdu. Var, özü də çox ciddi! Əsasən də bölgələrdə.

Ağsu rayonundan ünvanımıza göndərilən müraciətin məzmunu da yazdıqlarımızı bir daha sübut edir.

Əldə etdiyimiz məlumatda bildirilir ki, Ağsunun enerji sahəsindəki vəziyyəti, ümumiyyətlə, qənaətbəxş saymaq olmaz. Əsasən kəndlərdə elektrik dirəkləri yox səviyyəsindədir, dirəkləri naqillər saxlayır. Bu üzdən yüngül külək əsən kimi enerji verilişində problemlər yaranır. Hələ yay fəslidir, amma demək olar, hər gün işıqlar sönür. Soruşanda da müxtəlif bəhanələr gətirilir, Ağsu EŞ tərəfindən... Müraciətə gəldikdə isə; şikayətçilərin diqqət çəkmək istədikləri məsələ transformator çatışmazlığı ilə bağlıdır.

“Ağsu şəhər-2” xəttindən istifadə edən obonentlər və obyekt sahibləri bildirirlər ki, xeyli müddətdi enerji qıtlığı yaşayırlar:
“Bizim xəttin üzərində 400-ə yaxın obonent və 70-ə qədər obyekt var. İaşə və avtomobil sexlərindən ibarət olan bu obyektlərin əksəriyyəti 3 faza ilə işləyir. Daha doğrusu, işləyə bilmir.

Çünki xətdə 100 voltdan artıq cərəyan yoxdur. Heç bir elektrik cihazından istifadə etmək olmur - nə evdə, nə də obyektlərdə! Səbəbi də məlumdur: 400 kva-lıq transformatorun əvəzində istifadəmizdə 160 kva-lıq transformator var. Əvvəllər, düzdür, transformator 400 kva-lıq olub, lakin sonradan nasazlıq yaranıb və təmirə aparılıb, əvəzində isə 160 kva-lıq transformator gətirib, quraşdırıblar. Güya, fond olmadığına görə. Hər halda, belə deyirlər.

Hazırda transformatorla sonuncu abonentin mənzili arasındakı məsafə 2 kilometr olar ki, bu da cərəyanın yolda itməsinə də şərait yaradır.
Şikayətçilər bildirirlər ki, bu barədə dəfələrlə Ağsu EŞ-ə müraciət ediblər, lakin onlar transformator olmadığını bəhanə gətiriblər: “Deyirlər ki, Kürdəmirdəki və Şirvandakı transformator sexləri bağlanıb, təmir üçün indi transformatorları Sumqayıta aparırlar.

Orda bir neçə transformator var ki, 6 aydan çoxdu təmirə göndərilib, hələ də xəbər yoxdu, Ağsu da qalıb ehtiyat transformatorsuz. Bütün bu bəhanələrdən təngə gəlib, problemi özümüz həll etməyi planlaşdırdıq. İyirmidən çox obyekt sahibi yığılıb 4 min manata 160 kva-lıq transformator aldıq. Və yenidən Ağsu Elektrik Şəbəkəyə müraciət etdik ki, tranformatorun quraşdırılmasını təmin etsinlər və xəttin üzərinə düşən yük paylaşdırılsın.

Transformatorun yerini də rahatladıq, bir qaldı düz yanından keçən xəttə qoşulması. Ancaq bu dəfə Ağsu EŞ-dən cavab verdilər ki, Qəbələ REŞ-ə tabe olduqlarından, onlar bu məsələyə birbaşa qərar verə bilməzlər. Naçar qalıb, yuxarı təşkilatlara, dövlət orqanlarına – Prezident Aparatına, “Azərenerji” ASC-yə və sairə müraciət ünvanladıq.

“Azənerji” ASC-dən Qəbələ REŞ-ə məktub daxil olub ki, transformatorun quraşdırılması təmin olunsun, amma “3 yağ açarı qiymətləndirilməsilə”. Enerji sahəsində çalışanlar bilir “3 yağ açarı” nə deməkdir: bir yağ açarı 3 min manat deməkdir.

Yəni sözügedən transformatorun quraşdırılması üçün “Azərenerji”yə 9 min manat vəsait ödəməliyik. Bayaqdan deyirdilər, transformator yoxdu, öz cibimizin puluyla transformator almışıq, onu quraşdırmağa da 9 min manat istəyirlər. Bilmirik, indi kimə deyək dərdimizi?!

Çox güman ki, belə məsələlərdən dövlət başçısının, “Azərenerji” rəhbərliyinin məlumatı yoxdur, maraqlı insanlar müraciətlərin yolunu kəsirlər. Bu üzdən səsimizi mətbuata çıxartmaq istədik.

Bəlkə mətbuat bizi qaranlıqdan işiqlığa ötürdü. Az qala, Avropaya da işığı Azərbaycan verə, amma biz Bakıdan 160 km-lik məsafədə işıq gəzirik. Hamısı da yarıtmaz məmurların ucbatından!
Elə bu tribunadan səslənirik: “Bizə işıq verin!””.

AzNews.azÖtən yaxın keçmişə baxanda Azərbaycanda elektrik enerjisi sahəsində müəyyən irəliləyişlər olub. Daha işıq saatla verilmir, sayğaclaşma demək olar, başa çatıb və s. Amma bu o demək deyil ki, elektrik enerjisi sahəsində problemlər yoxdu. Var, özü də çox ciddi! Əsasən də bölgələrdə.

AzNews.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar