Azərtbaycan Silahlı Qüvvələri ilə bağlı qanunsuzluqlar və yüksək çinli hərbçilərin vəzifə səlahiyyətlərindən sui istifadəsi hər zaman medianın diqqətində olub. Məhz medianın ifşası nəticəsində bir çox zabitlər cəzalarını alıblar.
Cumhuriyyet.az Füzuli rayon Hərbi Məhkəməsinin hakimi Adil Qasımovun bir sıra qanunsuz hərəkətlərə yol verməsi haqda ilginc məlumatlar daxil olub. Rayondakı mənbədən redaksiyamıza daxil olan məlumatlara görə, Adil Qasımov uzun müddət bu vəzifədə çalışdığından özünü toxunulmaz sayır və bu səbəbdən işinə səhlənkar yanaşır: “O yalnız həftənin üç gününü yerində tapılır, 1-5-ci günləri Bakı şəhərində dincəlir. Adil Qasımovla yanaşı dövlət ittihamçısı Eldar Əhmədovda iş vaxtları yerində tapılmır”. Əldə etdiyimiz səhih məlumatlarda bildirilir ki, dövlət başçısının ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirdiyi bir vaxtda Füzuli rayon Hərbi Məhkəməsində korrupsiya daha da şaxələnib. Bu xüsusda əldə etdiyimiz məlumatlarda o da vurğulanır ki, Adil Qasımov öz işinə qeyri-həssas yanaşaraq, vəzifəsindən istifadə etməklə məşğuldur. Etibarlığı şübhə doğurmayan mənbənin cumhuriyyet.az-a verdiyi dəqiq məlumatlarda əks olunur ki, agır və az ağır cinayətlərə görə Füzuli rayon Hərbi Məhkəməsində CM-in müvaffiq maddələri (62-70)-ci tətbiq edilməklə, əslində cinayət törətmiş şəxslər barəsində işin hallarına uyğun olmayan cəzalar tətbiq olunur. Əks hallarda böyük ictimayi təhlükə törətməyən hərbi cinayətlərə görə işin həqiqi hallarına uyğun olmayan cəzalar tətbiq olunur. Bu hallarda da, belə qənaətə gəlmək olur ki, həqiqətəndə Adil Qasımov bu qanunsuzluqlara imza atmaqla korrupsiya hüquqpozmalarına da keniş imkan yaratması danılmaz bir həqiqətdir.
Mövzunu diqqətdə saxlayacağıq.