ABŞ-ın Almaniyanın digər nazirliklərində də öz agentləri var.
Axar.az xəbər verir ki, bu iddia ilə Almaniya mətbuatı çıxış edib.
Mətbuat Almaniyanın bir neçə nazirliyində daha 10 agentin gizləndiyini bildirib.
Qeyd edək ki, bir müddət öncə Almaniya kəşfiyyatı iki nəfəri ABŞ xüsusi xidmət orqanlarının xeyrinə məlumat ötürməkdə günahlandıraraq tutmuşdu. Tutulan şəxslərdən birinin Almaniya ordusunda xidmət etdiyi bəlli olmuşdu.