Rusiyanı hansı təhlükələr gözləyir?

14-07-2014, 12:44   
Rusiyanı hansı təhlükələr gözləyir?Ölkədə 1 mln 141 min 400 hektar torpaq xarici şirkətlərə satılıb

Ümidini bu ölkəyə bağlayanlara Rusiya nəşrlərindən bəd xəbər

Beynəlxalq aləmin sanksiyaları ilə üzləşən, nəticədə onsuz da ürəkaçan olmayan durumunu bir qədər də ağırlaşdıran Rusiyanın gələcəkdə daha ciddi problemlərlə üz-üzə qalacağını artıq yerli mətbuat da dilə gətirir. Rusiya nəşrləri ölkənin problemlərini daha çox qabartmağa başlayıb. Xüsusilə son vaxtlar əhalinin acınacaqlı durumundan, hökumətin bu problemlərə yetərincə diqqət ayırmadığından bəhs edən yazılar artıb. Azərbaycanın gələcəyini Rusiya ilə birgə görmək arzusunda olanların belə məlumatlarla tanış olması daha yaxşı olar.

Uşaqlar BMT-nin himayəsində

Rəsmi məlumatlara görə, Rusiyada 2 min 338 uşaq evi var və orda ümumilikdə 55 min 126 valideyn himayəsindən məhrum olan uşaq saxlanılıır. Kimsəsiz uşaqların saxlanılması üçün Rusiya hökuməti hər il 60 mln rubla yaxın (1 mln 386 min manat) vəsait ayırır. Ancaq təkcə Moskvada sahibsiz heyvanların sterilizasiyasına ildə 87 mln rubl (2 mln 100 min manat) xərclənir. Orta hesabla hər itə təxminən 13 min rubl düşür.

Rusiyada uşaqların valideynlərdən alınmasına gətirib çıxaracaq yuvenal texnologiyalar tətbiq edilib. Baxmayaraq ki, ölkədə yuvenal ədliyyə barədə qanun hələ qəbul olunmayıb. Yuvenal ədliyyənin qaydalarına əsasən, uşaqlar məktəblərdə səlahiyyətli şəxslərin nəzarəti altında olacaq. Dövlət məmurları uşaqlardan valideynlərinin və müəllimlərin onlarla, həmçinin ətraflarındakı uşaqlarla necə rəftar etdiyinə dair məlumatlar alacaq. Bir sözlə, yuvenal ədliyyə işçiləri uşaqlara valideyn və müəllimlərdən necə xəbərçilik etməyi öyrədəcəklər. Uşaq ona ailədə hər hansı qadağanın tətbiq edildiyini desə, valideynlər ciddi problemlərlə üzləşəcək. Hətta uşağa ailədə siqaret çəkmək, digər pis vərdişlər qadağan edilsə, yaxud evdə qab, döşəmə yumağa, dükana getməyə məcbur edilsə, yuvenal texnologiyalara əsasən, bununla uşaqların hüquqları ailədə kobud şəkildə pozulur. Belə olan halda uşaq ailədən alınacaq. “Hüququ pozulan” bir uşaqla yanaşı ailədəki digər uşaqlar da valideynlərindən alınır. Çünki yuvenal texnoloqlar belə dəhşətli ailədə yaşamağın bütün uşaqlar üçün potensial təhlükə olduğunu düşünür. Uşaqların valideynlərdən alınması üçün valideynlərin işsiz qalması, evdə pulun çatmaması, soyuducuda yetərincə meyvənin olmaması da səbəb olacaq. Yuvenal ədliyyə dövlətə deyil, BMT-yə tabe olduğundan uşaqları yalnız beynəlxalq məhkəmə yolu ilə qaytarmaq mümkün olacaq. Beynəlxalq məhkəmələrdə işlərin illərlə davam etdiyi nəzərə alınsa, valideynlərin doğma uşaqlarını geri qaytarmaq şansı sıfıra bərabər olur. Yəni uşaqları qaytarmaq, demək olar, mümkünsüz olacaq.

11 milyon işsiz

Rusiya əhalisinin ümumi sayı rəsmi mənbələrdə göstərildiyi kimi 145 mln deyil, 132 mln nəfərdir. Onların da 58 faizi, yəni 76 mln 560 min adam pensiya yaşındadır.

2009-cu ilin əvvəlinə ordunun ümumi heyətinin sayı 1 mln 420 min nəfər idi. Bura hərbi təhsil müəssisələri və hərbi müəssisələrin əməkdaşları da daxildir. FHM-də, DIN-də, Federal Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi, Federal Mühafizə Xidməti, Federal Sərhəd Xidməti, Federal Rabitə və Informasiya Agentliyi, Federal Miqrasiya Xidməti, daxili qoşunlar, Ədliyyə Nazirliyi, prokurorluq, xarici kəşfiyyat, və digər yerlərdə xidmət edənlərin sayı 4 mln 676 min nəfərdir. Gömrük komitəsi, vergi müfəttişliyi, sanitar və digər müfəttişliklərdə 1 mln 238 mln adam çalışır. Nəzarət, qeydiyyat, lisenziya orqanları məmurlarının sayı 1 mln 312 min nəfərdir. Xarici Işlər Nazirliyinin aparatında, xarici qurumlarda, o sıradan MDB qurumlarında, BMT, Yunesko, AŞ PA kimi təşkilatlarda 91 min nəfər çalışır. Federal nazirliklərin əməkdaşlarının sayı 1 mln 253 min nəfərdir. Pensiya, sığorta və digər fondlarda 1ÿmln 724 min işçi var. Deputatlarla birgə dövlət aparat və strukturlarında çalışanların sayı 1 mln 870 min nəfərdir. Din xadimlərinin və dini qurumlarda çalışanların sayı 412 min nəfərdir. Ölkədə 1 mln 84 min nəfər notarius, hüquqi bürolarda çalışan vəkil və məhbus var. Özəl mühafizə strukturlarının heyəti, detektiv və mühafizəçilərin sayı 1 mln 775 min nəfərdir. Rusiyada 11 mln nəfər işsizdir. Beləcə 15 mln 173 min nəfər heç nə istehsal etmir və büdcə, o sıradan vergi ödəyicilərinin hesabına yaşayır. Ortada qalır 30 mln 37 min nəfər. Bura sənaye, biznes və kənd təsərrüfatında çalışanlar, həmçinin məktəb yaşına qədər olan uşaqlar, məktəblilər, evdar qadınlar, sahibsiz uşaqlar, bomjlar, məcburi köçkünlər daxildir. 2009-cu ildə Rusiya ordusunda 1 mln 420 nəfər xidmət edirdi. Ötən müddətdə hərbi poliqonları, tədris mərkəzlərinin sayı ilə yanaşı şəxsi heyətin də sayı yarıya qədər azaldılıb. Hərbi aviasiya sahəsində islahatlar orda xidmət edənlərin üçdə ikisi qədərinin ixtisara salınmasını nəzərdə tutur. 2015-ci ilin əvvəlinə Rusiya hərbi dəniz qüvvələrində təxminən 60 sualtı qayıq və bütün 1-2 dərəcəli gəmilər yararsız hesab ediləcək. Bütün köhnə nümunəli gəmilər istifadədən çıxarılacaq. Bu müddətdə ABŞ hərbi dəniz qüvvələrindən 300-ə qədər gəminin artırılması nəzərdə tutulub.

Itirilən torpaqlar

Rusiyanın əkinə yararlı torpaqlarının böyük hissəsi xarici ölkələrə icarəyə verilib.

Çin 80 min 400 hektar Rusiya ərazini alaraq kənd təsərrüfatı üçün istifadə edir. Isveçin Black Earth Farming investisiya fondu təxminən 300 min hektar, Alpot Aqro şirkəti isə 490 min hektardan çox Rusiya torpaqlarına nəzarət edir. Rav Aqro-Pro şirkəti Israil-Amerika-Britaniya kapitalının iştirakı ilə 150 min hektarda işlər həyata keçirir. Bundan əlavə, Danimarkanın Trigon Agri şirkəti son iki ildə Rusiyada 121 min hektar torpaq alıb. Beləcə 1 mln 141 min 400 hektar torpaq xarici şirkətlərə satılıb. Yaxud 1 mln 141 min 4 kv metr Rusiyanın əkinə yararlı torpaqları digər ölkələrə məxsusdur. Bu da Rusiyanın bütün əkinə yararlı torpaqlarının onda bir hissəsini təşkil edir.

Çin təhlükəsi

2009-2018-ci illər üçün əməkdaşlıq proqramında Uzaq Şərq, Şərqi Sibir və Çinin şimal-şərqi arasında razılaşma çinli dostlara ən azı Şərqi Sibir və Uzaq Şərqdə mövcud olan xammalının topdan satışını nəzərdə tutur. Gələcəkdə isə bu ərazilərin Çinə veriləcəyi də istisna edilmir. Bu ərazi Baykal gölü, qızıl, qaz və kömür ehtiyatları, Yakutiya almaz yataqları, enerji mənbələri, Sibir və Uzaq Şərqin tayqası da daxildir. Nəzərə almaq lazımdır ki, Baykal gölü bütün keçmiş SSRI ərazisinin içməli su ehtiyalarının 80 faizini təşkil edir. Hazırda Rusiyada təmiz içməli su çatışmazlığı yaşanır. Bundan sonra isə heç Baykal da olmayacaq.

Öz evində qonaq

Digər ölkələrin əraziləri zəbt etməyə hazır olan Rusiya ordusu əslində özünü qorumaq gücündə deyil. Rusiyanın torpaqları artıq Rusiyanın deyil. 100 milyonluq məmur aparatını və pensiyaçıları saxlayan normal sənaye yoxdur. Ailəni dağıtmaq mexanizmi işə düşüb. Rusiyada yaşayan hər kəs bir gün yaşadığın evdən çıxıralacağından sığortalanmayıb. Çünki evin yerləşdiyi torpağın da xaricilərə satılacağı tam real görünür. Bütün bunlar Rusiyanın hansı ağır durumda olmasından xəbər verir. Artıq rusiyalı ekspertlər yaxın illərdə tədbir görülməyəcəyi təqdirdə ölkənin fəlakətlə üz-üzə qalacağını proqnozlaşdırır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar