Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ordusunun və xüsusi təyinatlılarının bu ölknənin ərazisində apardığı əməliyyatlardan narahatlığını bildirib.
Avropa.info-nun Rusiya mətbuatına istinadən məlumatına görə, artıq 2-ci gündür ki, Ukrayna hüquq-mühafizə orqanları Ukraynanın müxtəlif şəhərlərində əməliyyatlara başlayıb. Lavrov qeyd edib ki, Ukrayna ərazisində Rusiya vətəndaşlarına qarşı hər-hansısa təhlükə olacağı halda, onlar öz vətəndaşlarını qorumaq üçün bütün variantlardan istifadə edəcəklər.
Lavrov Ukraynaya hərbi müdaxiləni istisna etməyib.
Ukrayna XİN də öz növbəsində Lavrovun bu bəyanatına münasibət bildirib. Rəsmi Kiyev qeyd edib ki, Rusiya xarici siyasətinin rəhbərinin bu bəyanatı Rusiya dövlətinin Ukraynaya qarşı olan aqresiyasının göstəricisidir.