Xarici ölkələrdə olan və yaşama müddəti başa çatan Azərbaycan vətəndaşlarının ölkəyə deportasiya edilməsi dayandırılıb.
Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün keçirilən onlayn brifinqdə deyib:“Pandemiya dövrü ilə bağlı sərhədlər bağlı olduğundan bu proses heç bir ölkədə həyata keçirilmir. Bu proses Azərbaycanda da belədir. Sərhədlər açılan müddətə qədər həmin şəxslərin deportasiya edilməsi dayandırılıb. Yalnız sərhədlər açılandan sonra bu barədə qərar qəbul olunacaq”.
Cebhe.info