Putinin sərəncamı: azərbaycanlıların evə qaytarılması mexanizmi hazırlanır

20-05-2020, 20:37   

 

Rusiya prezidenti Vladimir Putin koronavirus pandemiyası ilə bağlı Azərbaycan və Rusiya vətəndaşlarının iki ölkə sərhədini keçməsinin təşkil edilməsi üçün mayın 31-nə qədər Azərbaycanın müvafiq strukturları ilə operativ qarşılıqlı əlaqələrin mexanizminin hazırlanmasını tapşırıb. Kremlin mətbuat xidməti bildirir ki, belə bənd Dağıstan rəhbərliyi və ictimaiyyətinin nümayəndləri ilə müşavirənin nəticələrinə əsasən hazırlanmış tapşırıqlarda yer alır.

TASS-ın bildirdiyinə görə, Putinin sərəncamının mətnində deyilir: “Daxili İşlər Nazirliyinə, Federal Təhlükəsizlik Xidmətinə, Xarici İşlər Nazirliyinə, “Rospotrebnadzor”a Dağıstan Respublikasının rəhbərliyinin iştirakı ilə Azərbaycanın müvafiq səlahiyyətli orqanları ilə iki ölkə vətəndaşlarının Rusiya-Azərbaycan sərhədinin həmin hissəsini keçməsi və göstərilən vətəndaşların vətəndaşı olduqları ölkəyə qaytarılmasının təşkili üçün operativ qarşılıqlı əlaqələrin mexanizminin yaradılmasını təmin etmək tapşırılsın”.

Sərəncama əsasən Putin Rusiya əhalisinin koronavirus inf eksiyasının yayılması ilə bağlı rifahını qorumaq üçün sanitar-epidemioloji tədbirlərə riayət edilməsini də tapşırır.

Virtualaz.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.